Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Xərçəng xəstəliyinin yaranma tarixi

Xərçəng xəstəliyinin yaranma tarixi
Sakura

Xərçəng nə vaxt və necə yarandı?

İnsan orqanizmi bütün sisteminin bütövlüyü və nizamlı işinin sayəsində ideal formada işləyən nəhəng sistemdir. Amma bu sistemi asanlıqla dağıtmaq mümkündür və bunu milyonlarla müxtəlif xəstəliklər edir. Hər əsrin insanları kütləvi şəkildə yoluxduran öz xəstəliyi olub. Qədim dövrlərdə bu infeksion və bakterial, orta əsrlərdə isə taun və vəba olub. Dövrümüzdə hər il milyonlarla insanın tələf olmasına səbəb olan ən məşhur xəstəlik isə xərçəngdir. Amma o nə vaxt və necə yaranıb? Əvvəllər mövcud olubmu və əvvəlki əsrlərdə bu xəstəlik barədə hər hansı istinad varmı?

Xərçəng - bu diaqnoz həqiqətən dəhşətli səslənir və bir çox pasientlər üçün bu ölüm hökmünə bərabərdir. Amma bir çoxları bu xəstəliyin bütün tarixçəsini bilmir. Xərçəng hər zaman mövcud olub. Əslində isə xərçəng epidemiyası indi yaranmayıb, keçmiş əsrlərin tarixində nadir hallarda onun adı çəkilib, amma bu o demək deyil ki, ona yoluxanlar da nadir hallarda olub. Sadəcə əvvəllər pasientin məhz xərçəngdən ölməsinə həkimin diqqət yetirməsi üçün daha az amil olub. Çoxları hava-damcı yolu ilə ötürülən xəstəliklərdə fikirlərini cəmləşdiriblər, xərçəngi isə az sayda həkimlər müşahidə edirdi, belə ki, o heç vaxt yoluxucu olmayıb, insanın xəstə olması belə hiss olunmurdu. Həmçinin unutmaq lazım deyil ki, yarılma xəstəliyin öyrənilməsinin populyar metodu deyildi (xüsusilə kilsələrin hökmranlıq etdiyi dövrdə).

İnsan hüceyrələrində nə vaxtsa nasazlıq baş verlməli idi. Məhz bundan xərçəngin inkişafı başladı. Bədxassəli şişlər barədə ilk istinadlar 1,7 milyon il əvvəl qeyd olunmuşdu, amma böyülk ehtimal ki, onlar insanların yaranması ilə eyni vaxtda ortaya çıxıb. Bu istinaddan sonra şişlərin növləri və onların müalicə üsulları, həmçinin 100 il sonra misirli həkimlər tərəfindən cərrahi yolla aradan qaldırılması ətraflı təsvir olunub. Misirlilərlə eyni zamanda şiş xəstəliklərinin öyrənilməsi sahəsində hind həkimləri uğurlar qazanıb.

Amma xərçəngin öyrənilməsi sahəsində əsas iş Hippokratın işləri oldu. Məhz o, hazırda eşitməyə edət etdiyimiz adı təqdim etdi. O ilk dəfə humoral nəzəriyyəni kəşf etdi ki, insan orqanizmində bir neçə maye növü var və qara maye bədxassəli şişlərin formalaşmasına gətirib çıxarır. Təbii ki, əslində heç bir qara maye yoxdur və onun xərçənglə əlaqəsi yoxdur. Amma o sübut etdi ki, şişlər çoxalır, yəni metastazlar verir. Digər həkimlər təkcə xəstəliyin gedişatını deyil, həm də insanı xilas etmək üçün cərrahi müdaxilə metodlarını öyrənməyi bacardılar. Avl Sels və Qalen kimi bir çoxları hesab edirdilər ki, ilk mərhələdə şişi silməmək daha yaxşı olar, sonda isə bunu etmək mənasızdır.

Bir çoxları hesab edir ki, xərçəng insanların günahından baş verib. Bəs bu belədirmi? Əslində xeyr, düzdür, sənayenin irəlilərişi və ətraf mühitin çirklənməsi xərçəngə yoluxma riski artıra bilərdi, amma o bundan yaranmayıb. İlk növbədə qeyd etmək lazımdır ki, heyvanlarda da bu xəstəlik var. Yəni, bu xəstəlik insanın yaranmasından da əvvəl möcvud ola bilərdi. Heyvanlardan sonra xərçəng qədim kanadalı insanda aşkar edilib ki, onu homosapiens adlandırırlar, belə ki, bu insan təkamülünün aralıq növüdür. Bu növ isə 3 milyon il əvvəl yaşayıb.

Bundan sonra şişlər misir mumiyalarında və qədim Romanın insan qalıqlarında tapılmışdır. Buna görə də dəqiqliklə demək olar ki, xərçəng bəşəriyyətin ən qədim xəstəliklərindən biridir, o bizim mövcudluğumuzun lap əvvəllərində yaranıb, sadəcə onun barədə istinadlar taun və vəbadan daha az olub.

 

Mənbə: İstoriya

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR