Ens.az
10 dekabr 2019, çərşənbə axşamı
.
.
chevron_left chevron_right
TİBB VƏ SAĞLAMLIQ

Xərçəngin əsas səbəbi açıqlandı

Xərçəngin əsas səbəbi açıqlandı

Xərçəngin əsas səbəbi açıqlandı

Amerikanın Baylor Tibb Kollecinin tədqiqatçıları müəyyən bir gen mutasiyasının xərçəngin inkişafına töhfə verdiyi qənaətinə gəliblər.

Metbuat.az xəbər verir ki, söhbət xərçəng hüceyrələrinin çoxalmasının qarşısını almağa qadir olan TP53 genindən gedir. Nəşrin bildirdiyinə görə, elm adamları 32 müxtəlif xərçəng növünün 10 min 225 nümunəsini araşdırıb və 30 il ərzində formalaşan verilənlər bazasında olan 80.000 mutasiya ilə müqayisə ediblər.

Bu böyük miqdarda məlumatı təhlil etdikdən sonra, TP53 gen mutasiyasının xərçəngin inkişafı ilə necə əlaqəli olduğu barədə daha dolğun bir informasiya ortaya çıxıb. Həmçinin bildirilir ki, TP53 ilə əvvəllər araşdırmalar aparılıb, ancaq ilk dəfə olaraq alimlər bu qədər çox sayda şiş və xərçəng növünü araşdırdıqları qeyd edilib.

"TP53 üzərində aparılan araşdırmaların əksəriyyəti xərçəngin bir növünə yönəlib. 32 fərqli onkologiya növünə baxdıqda, xərçəng növündən asılı olmayaraq müəyyən modellərin davam etdiyini görürsən", - deyə tədqiqatçılar qeyd edir.

Nəticələrin xərçəngin müalicəsində yeni yanaşmaların inkişafına kömək edə biləcəyi də bildirilir. Elm adamları hətta TP53-ü bədənin xərçəngin inkişafının qarşısını alan "qapıçı" adlandırırlar.

"TP53 xərçəngin qarşısının alınmasında ən vacib qapıçılardan biri olduğundan, bu geni nə qədər yaxşı başa düşsək, xərçəng biologiyasının əsaslarını da bir o qədər yaxşı başa düşə biləcəyik", - tədqiqatçılar deyir.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
İspaniyanın Barselona şəhərində keçirilmiş Dünya Alimlər Kuboku olimpiadasında finala vəsiqə qazanan yeganə azərbaycanlı, 11 yaşlı Nərgiz Quliyeva 60-dan çox ölkədən 2100 şagirdin qatıldığı müsabiqədə “Yale” universitetindəki finala vəsiqə qazanıb.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X