Slimfit
  1. PSİXOLOGİYA

Xəyanətə daha çox meyilli olan kişilərin xarici görünüşü

Xəyanətə daha çox meyilli olan kişilərin xarici görünüşü
Sakura

Xəyanətə daha çox meyilli olan kişilərin xarici görünüşü

Müasir dövrdə saqqallı və bədənlərinə döymələr etdirən kişilər xəyanətə ən çox meylli olanlardır . Bunu "illicit Encounters" evlilərin tanışlığı üçün onlayn tanışlıq xidməti tərəfindən aparılmış araşdırmaların nəticələri sübut edir.

Tədqiqata ümumilikdə min kişi cəlb olunub. Alınan məlumatlara görə, tez-tez bərbərxanalara baş çəkən, baxımlı saqqal sahibləri daha çox xəyanət edir. Onlardan 58 faizi tərəfdaşlarına sədaqətsizlik etdiyini təsdiqləyib.

İkinci yerdə üzlərində qalın tüklü kişilər (52 faiz), üçüncü yerdə uzun saqqallı kişilər (38 faiz) gəlir. Üzlərini səliqəli şəkildə təraş edənlərin daha sadiq olduqları ortaya çıxıb: onlardan yalnız 29 faizi vəfasızlığı qəbul edib.

Bundan əlavə, mütəxəssislər kişilərin bədənindəki döymələrin sayı ilə onların xəyanətə meylləri arasında əlaqə qurublar. Bu kateqoriyada, xanımlarını ən çox "qol döymələrinin sahibləri aldadırlar (qolları tamamilə rəsmlərlə örtülənlər).

Pirsinq həvəskarları da aldadıcı oldular: bu özəlliyi olan respondentlərin 54 faizi həyat yoldaşlarını ən azı bir dəfə aldatdıqlarını söyləyib.

Ens.az bildirir ki, sorğu keçirən qurumun mütəxəssisləri, cəlbediciliyindən çox narahat olan kişilərin nikahda xəyanətə daha çox meylli olduqları qənaətinə gəliblər.

2019-cu ilin yanvar ayında britaniyalı bir xanım araşdırma aparıb və hansı qadın görünüşünün kişilər tərəfindən ən çox bəyənildiyini aşkara çıxarmağa cəhd edib. Bunun üçün o, fərqli saç düzümü və fərqli üslubda geyimləri ilə fotolarını bir tanışlıq saytına yükləyib. Nəticədə ən çox sayda sayt istifadəçisi onun sarışın profilinə cavab verib, lakin dərhal ilk görüşdə sekslə maraqlandıqlarına eyham vurublar.

Mənbə: lenta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR