Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Xiyarla müalicə - 7 xəstəliyə 7 resept

Xiyarla müalicə - 7 xəstəliyə 7 resept
Sakura

Xiyarla müalicə - 7 xəstəliyə 7 resept

Xiyarın indi bol və ucuz olduğu vaxtda ondan təkcə salat və şorabalar üçün yox, can sağlığımız üçün də istifadə edə bilərik. Xiyar B, C, PP, karotin, kaliy ilə zəngindir. Xiyar elə yaranandan ondan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib.
 
Medicina.az xiyarın orqanizmə faydalarını təqdim edir.
 
-Xiyar digər ərzaqların da mənimsənilib həzm olunmasını asanlaşdırır
-Kaliy böyrək və ürəyin işini yaxşılaşdırır
 
-Xiyarda olan qələvi duzlar turşu mühiti yüngülləşdirir, bununla da böyrəklərdə duz, daş yaranmasının, qocalmanın qarşısını alır
-Yodla zəngin olduğundan zob, qalxanvari vəz xəstəliklərinə qarşıdır. 
-Xiyar bağırsaqların işini tənzimləyir
 
-Damarlardan pis xolesterini qovur
-Maskası, toniki dəri üçün əvəzsizdir
-Xiyar şirəsi sinir sistemini sakitləşdirir
 
Xalq təbabətində 7 xəstəlik üçün ən sınanmış 7 resept
 
1.Qəbizlikdə - Xiyarlar yuyulur, 1 ay suda saxlanılır. Alınan suyu gündə 2 stəkan içirsiz, üstündən 2 xörək qaşığı bitki yağı qəbul edirsiz.
 
2.Qaraciyər piylənməsində - həftədə 1 dəfə günə 2 kq xiyarı hissə-hissə yeyib, su içirsiz
 
3. Dəri allergiyası, qaşınma, səpki – xiyarı sürtgəcdən keçirib, dəriyə yaxma edib bağlayırsız
 
4.Hepatitlərdə - Xiyarı xırda doğrayıb, 1 stəkan suda 20 q xiyar olmaqma 20 dəqiqə qaynadırsız. Süzüb, gündə yarım stəkan içirsiz
 
5.Böyrək sancısında – 10 qr xiyar toxumunu yarım stəkan qaynar suda 20 dəqiqə dəmləyib, süzüb, qəbul edirsiz
 
6.Botkin xəstəliyində - 100 qr xiyar doğranmışının üzərinə 500 ml su alıb, qaynara düşənə kimi odda saxlayın, sonra 15 dəqiqə soyudun. Alınmış məhlulu gündə 3 dəfə qəbul edin
 
7.Oynaqlara sidik turşusu yığılanda – həftədə 2 dəfə xiyar şirəsi və xiyar qaynadılmış su içilir.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR