Slimfit
  1. MARAQLI

Yalnız varlı olmaq istəyənlər oxusun

Yalnız varlı olmaq istəyənlər oxusun
Sakura

Yalnız varlı olmaq istəyənlər oxusun

21 yaşlı avstraliyalı Harri Sanders şəxsi biznesini qurub.

Publika.az-ın məlumatına görə, 17 yaşında küçədə yaşamağa başlayan Harri, yaratdığı "Studiohawk" şirkətinin rəhbəridir. Şirkətin 1,5 milyon avstraliya dolları həcmində dəyəri var.

Sandersin uğura aparan həyat hekayəsinə diqqət yetirək. 16 yaşında SEO təşviqi şirkəti yaradan Harri çox keçmir ki, təcrübəsizlik ucbatından uğursuzluğa düçar olur. Beləliklə pulsuz qalır:

"Bir neçə gecəni körpünün altında keçirdim. Hərdən dostlarımın evində də qalırdım. Nə edəcəyimi bilmirdim. Lakin yaşadıqlarım mənə dərs verdi, əzmkarlığımı artırdı".

Qeyd edək ki, "Studiohawk" şirkəti veb-saytların internetdə daha çox görünməsini təmin edir. İyulda şirkətin Londonda da ofisi açılıb.

Gənc milyonçu Harri Sanders zəngin olmağın 5 sirrini açıqlayır:

- "özün olacağın" geyim geyin

- gündə heç olmasa 8 saat yat

- xoşladığın mövzularla bağlı mütaliə et

- pulu hara və nəyə xərclədiyinə diqqət et

- məqsədi müəyyən et. Pul məqsəd deyil. Əgər sənə yalnız pul lazımdırsa, uğura ümid etmə.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR