Slimfit
  1. ELM

Yapon mühəndis dad sintezatoru yaratdı və nori ilə bükdü

Yapon mühəndis dad sintezatoru yaratdı və nori ilə bükdü
Sakura

Yapon mühəndis dad sintezatoru yaratdı və nori ilə bükdü

Ens.az bildirir ki, yaponiyalı mühəndis, dildə beş əsas dadı yarada bilən cihaz düzəldib. Həmin dadları hər birinin tərkibində müvafiq maddə olan gel yaradır. İlkin olaraq, gel dildə güclü dad əmələ gətirir, ancaq elektrik potensialının köməyi ilə onun intensivliyini azaltmaq mümkündür. Belə ki, müəyyən ekranda alt pikselin parlaqlığının azaldılmasına bənzər üsulla ümumi dad hissi dəyişə bilər. Prototipin işini nümayiş etdirmək üçün müəllif onu nori vərəqinə büküb, turş-duzlu dada qurub - dediyinə görə, suşiyə bənzər tam alınıb. Sistem CHI 2020 konfransında təqdim edilib.

Məlum olduğu kimi, indiyədək insanlarda beş əsas hissləri ayırd etmək qəbul olunub: görmə, eşitmə, toxunma, qoxu və dad. Lakin sərbəst hissiyyatlı obrazların təkrar istehsalında əsasən görmə və eşitmə, qismən toxunma mövcuddur (Brayl ekranları və çubuq ekranları buna missldır). Dadın yenidən qurulması sahəsində elm adamları araşdırma aparır və prototiplər yaradırlar. Onlar əsasən, müəyyən reseptorun birbaşa elektrik stimullaşdırılması ilə işləyirlər. Məsələn, iki rejimdə işləyən prototip çubuq var: turş və ya duzlu dadın simulyasiyası.

Meydzi Universitetindən olan Homei Miyasita fərqli bir iş prinsipi əsasında eyni vaxtda bütün beş əsas dadı birləşdirməyə imkan verən cihaz yaradıb. Bu, mis folqa ilə bükülmüş borudur ki, onun içərisində daha kiçik diametrdə başqa beş boru var. Onların hər birində müəyyən dad üçün cavabdeh maddə olan jel yerləşdirib: duzlu dad üçün natrium xlorid, şirin üçün qlisin, acı üçün maqnezium xlorid, turş üçün limon turşusu və zehni dada cavabdeh olan natrium.

Gellər yerləşdirilmiş həmin borular, müqavimətlərini dəyişdirməyə qadir olan reostatlar vasitəsilə cərəyan mənbəyinə qoşulur. Kimsə mis borunu götürüb uclarını jel ilə dilinə yapışdıranda qapalı bir dövrə yaranır. Reostatlar böyük bir müqavimət yaradırsa və dövrədə cərəyan yoxdursa, insan bütün beş dad hisslərinin qarışığını, həm də olduqca intensiv şəkildə hiss edəcək. Amma dadların hər birinin intensivliyi reostatda müqaviməti azaltmaqla qismən və ya demək olar ki, tamamilə azaldıla bilər. Bunun sayəsində elektrik potensialı geldən ionları katoda doğru irəliləməyə məcbur edir və onlardan daha az hissəsi dil reseptorlarına çatır.

Reostatlardakı müqavimət nisbətini dəyişdirərək müəllif fərqli dadlar əldə edə bilib. Eksperimentlərin birində cihazın ucunu nori ilə bükərək reostatları turş-duzlu dada uyğun qurub. Dadından əlavə, dəniz kələmi qoxusunun da hiss olunduğunu bildirərək, olduqca real suşi imitasiyası aldığını iddia edir.

Qeyd edək ki, bu gün tanınan beş əsas dada əlavə olaraq, alimlər yenisini axtarmağa davam edirlər. Məsələn, yağ dadı ilə yanaşı ayrıca bir "nişastalı" dadın olması barədə fərziyyələr mövcuddur.

 

Mənbə: nplus1.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR