Slimfit
  1. MARAQLI

Yaponiya bayrağı

Yaponiya bayrağı
Sakura

Yaponiya bayrağı

Yaponiya bayrağı — Yaponiya dövlətinin milli simvollarından biri. Ağ rəngli düzbucaqlı sahənin mərkəzində yerləşən tünd qırmızı günəş diski şəklində təsvir olunmuşdur. Bayraq rəsmi şəkildə Nişşoki (日章旗?, "günəş işarəli bayraq") adlansa da, Yaponiyada daha çox Hinomaru (日の丸?, "günəş diski") adı ilə tanınır. Bayraq ölkənin adını simvolizə edir: Gündoğan ölkə.

Nişşoki bayrağı 13 avqust 1999-cu ildə qüvvəyə minən "Milli bayraq və milli himn haqqında qanun"dan sonra milli bayraq kimi qəbul edilmişdir. 1999-cu ildə kimi rəsmi şəkildə milli bayraq kimi qəbul edilməsə də, həmin vaxta kimi de fakto olaraq milli bayraq idi. Meyci dövrünün əvvəlində mövcud olmuş hökumət orqanı Dayco-kan bayrağın dizaynı haqqında iki müraciətnamə yaymışdır. Günəş diski bayrağı 27 fevral 1870-ci ildə Meyci 3-ün 57 saylı müraciətnaməsi ilə ticarət gəmiləri üçün milli bayraq, 27 oktyabr 1870-ci ildə isə Meyci 3-ün 651 saylı müraciətnaməsi ilə hərbi donanma üçün milli bayraq kimi qəbul edilmişdir. İkinci dünya müharibəsindən sonra Müttəfiqlərin Yaponiyanı işğal etdikləri ilk bir neçə il ərzində bayrağın istifadəsi məhdudlaşdırılsa da, daha sonra bu məhdudiyyətlər aradan qalxmışdır.

Günəş Yaponiya mifologiyasında və dində vacib rol oynayır, çünki əfsanəyə görə Yaponiya imperatorları günəş tanrısı Amaterasunun nəslindən gəlirlər. Ölkənin adı da bayrağın dizaynında vacib rol oynamışdır. Qədim tarix mənbəyi olan Şoku Nihonqiyə görə İmperator Monmu 701-ci ildə öz sarayında günəşi təmsil edən bayraqdan istifadə etmişdir. Bu, Yaponiyada günəş motivli bayrağın istifadəsinə dair ən qədim qeyddir. Ən qədim bayraq Yamanaşi prefekturasının Koşu şəhərində yerləşən Unpo-ci məbədində saxlanılan bayraqdır və XVI əsrdən öncəsinə aiddir. Əfsanəyə görə bu bayraq İmperator Qo-Reyzey tərəfindən XI əsrdə məbədə verilmişdir.[3][4][5] Meyci islahatı dövründə həm günəş diski, həm də Doğan günəş bayrağı formalaşan Yaponiya imperiyasının əsas simvolları olmuşdur. Təbliğat afişaları, kitabları və filmlərində bayraq ləyaqət və vətənpərvərlik simvolu kimi təsvir olunmuşdur. Hökumətin qərarına əsasına Yaponiya evlərində vətəndaşlar milli bayramlarda, tədbirlərdə və digər hadisələrdə bayrağı nümayiş etdirməyə məcbur idilər. Üzərində Hinomaru təsviri olan, Yaponiya və imperatora sədaqəti simvolizə edən müxtəlif nişanlar İkinci Çin-yapon müharibəsində və digər hərbi münaqişələrdə populyar olmuşdur. Nişanlar bayraq üzərində yazılmış şüarlardan tutmuş bayrağı xatırladan geyimlər və yeməklərə qədər müxtəlif idi.

İctimaiyyətin bayrağa münasibəti müxtəlifdir. Tarixən həm Qərb, həm Yaponiya mənbələri bayrağın yaponlar üçün güc və dözümlülük simvolu olduğunu iddia etmişdirlər. İkinci dünya müharibəsinin başa çatmasından sonra bayrağın və Yaponiyanın milli himni olan Kimiqayonun orta məktəblərdə istifadə olunması mübahisə mövzusuna çevrilmişdir. Mübahisələr etirazlara və məhkəmə işlərinə səbəb olmuşdur. Ultramilliyətçiliklə olan əlaqəsinə görə bayraq Yaponiyada çox da geniş istifadə olunmur. Okinavalılara görə bayraq İkinci dünya müharibəsinin hadisələrini və ABŞ ordusunun Okinavada müvəqqəti olaraq oturmasını xatırladır. Bir zamanlar Yaponiyanın işğalı altında olmuş bəzi ölkələrə görə bayraq aqresiya və imperializm simvoludur. Hinomaru işğal olunmuş dövlətlərdə təhdid, dominantlıq və itaəet etdirmə məqsədləri üçün alət kimi istifadə olunmuşdur. Hazırda bəzi Yaponiya hərbi bayraqları Hinomaruya əsaslanır.

Tarixi

1900-cu ildən əvvəl

Hinomarunun dəqiq mənşəyi bilinmir,[6] lakin belə görünür ki, doğan günəş VII əsrin əvvəllərindən yaponlar üçün simvolik məna daşımağa başlamışdır (Yaponiya arxipelağı Asiya materikinin ən şərqində yerləşir və günəş ən birinci burada "doğur"). 607-ci ildə Çin imperatoru Yan-diyə göndərilmiş rəsmi yazışma "doğan günəşin imperatorundan" sözləri ilə başlayırdı.[7] Yaponiya tez-tez "gündoğan ölkə" kimi çağırılır.[8] XII əsrə aid "Heykenin nağılı" adlı əsərdə qeyd olunur ki, samuraylar üzərində günəş təsvirləri olan yelpiklərdən istifadə edirdilər.[9] Milli bayrağa dair əfsanələrdən biri də buddist rahibi Niçirenlə bağlıdır. Əfsanəyə görə XIII əsrdəki monqol yürüşləri zamanı Niçiren şoquna döyüşdə istifadə etməsi üçün üzərində günəş təsviri olan banner verib.[10] Günəş həm də imperiya ailəsi üçün də ünsür kimi çıxış edir, çünki əfsanəyə görə ailə üzvləri günəş ilahı Amaterasununtörəmələridirlər.[11][12]

Dövrümüzə qədər gəlib çıxmış ən qədim Yaponiya bayraqlarından biri Yamanaşi prefekturasının Unpo-ci məbədində saxlanılır. Əfsanəyə görə bayraq İmperator Qo-Reyzey tərəfindən Minamoto no Yoşimitsuya verilib və Takeda klanı tərəfindən 1000 ildən çoxdur ki, ailə xəzinəsi kimi saxlanılır,[13] yaşı XVI əsrdə qədər uzanır.

Yaponiyada rəsmi olaraq qeydə alınmış ilk bayraqlar birləşmə dövrü olan XVI əsrdə aiddir. Hər daymyonun öz bayrağı var idi və bu bayraqlar döyüşlərdə istifadə olunurdu. Bu bayraqların böyük qismi banner şəklində idi və üzərində daymyonun mənsub olduğu ailənin gerbi (mon) təsvir olunurdu. Hətta eyni ailənin üzvləri, məsələn, oğul, ata və qardaş döyüşlərdə müxtəlif bayraqlardan istifadə edirdilər. Bayraq fərqləndirmə funksiyası daşıyırdı və əsgərlər tərəfindən beldə və atlarda nümayiş etdirilirdi. Generalların öz xüsusi bayrağı olurdu, əsgərlərin bayraqlarından əsas fərqi kvadrat formasında olması idi.[14]

1854-cü ildə Tokuqava şoqunatı dövründə Yaponiya gəmilərinə xarici gəmilərdən fərqlənmək üçün Hinomaru dalğalandırması şərti qoyulmuşdur.[9] Bundan əvvəl ABŞ və Rusiyailə ticarət edən Yaponiya gəmilərində müxtəlif növ Hinomarulardan istifadə edirdi.[6] Hinomaru 1870-ci ildə ticarət bayrağı kimi qəbul edilmişdir. 1870-1885-ci illərdə isə leqal milli bayraq olmuş və Yaponiyada rəsmi şəkildə qəbul edilmiş ilk bayraq olmuşdur.[15][16]

Milli simvollar ideyası yaponlar üçün yad olduğundan Meyci hökumətinin bu barədə xarici dünya ilə əlaqə yaratmağa ehtiyacı yaranmışdır. Bu, xüsusilə Metyu Perrinin Yokohama körfəzində lövbər atmasından sonra daha təcili hal almışdır.[17] Meyci hökumətinin islahatları Yaponiyaya yeni fərqləndirici simvollar qazandırmışdır, bunlara Kimiqayo himni və imperatorluq möhrü daxildir.[18] 1885-ci ildə Yaponiya Rəsmi Qəzetində çap olunmamış bütün keçmiş qanunlar ləğv olunmuşdur.[19] Yaponiya idarəetməsində yeni kabinet iştirak etdiyindən Hinomaru sadəcə de fakto olaraq milli bayrağa çevrilmişdir.

İlk münaqişələr və Sakit okean müharibəsi

Yaponiyanın imperiyaya çevrildiyi dövrdə bayrağın istifadəsi daha da geniş vüsət almışdır. Birinci Çin-yapon müharibəsi və Rus-yapon müharibəsindən sonra əldə olunan qələbələr münasibətilə keçirilən tədbirlərdə Hinomarudan geniş şəkildə nümayiş etdirilmişdir. Bayraq bütün ölkədə müharibə məqsədləri üçün istifadə olunurdu.[21] 1934-cü ildə çəkilmiş yapon təbliğat filmində xarici dövlətlərin bayraqları tamamlanmamış və defektiv şəkildə təsvir olunduğu halda, Yaponiya bayrağı bütün cəhətlərdən möhtəşəm kimi göstərilmişdir.[22] 1937-ci ildə Hiroşima prefekturasından bir qrup qız Çində döyüşən əsgərlərə öz dəstəklərini nümayiş etdirmək üçün düyünün ortasına qoyulmuş umeboşidən ibarət "bayraq xörəkləri" yemişdir. Hinomaru bentosu 1940-cı illərə kimi Yaponiyada hərbi silahlanmanın və əsgərlərə dəstəyin simvolu olmuşdur.[23]

Yaponiyanın Çin-yapon müharibəsindəki ilk qələbələri Hinomarunun yenə zəfər tədbirlərində istifadəsinə səbəb olmuşdur. Paradlarda hər yaponun əlində Yaponiya bayrağını görmək olardı.[21]

Bu dövrə aid dərsliklərdə Hinomaru bayrağı imperator və Yaponiyaya sədaqəti göstərən şüarlarla birlikdə nəşr olunurdu. Vətənpərvərlik uşaqlara əxlaq qaydaları kimi öyrədilirdi. Bayraqdan istifadə etməklə və ya gündəlik olaraq imperatora sitayiş etməklə vətənpərvərlik nümayiş etdirmək "yaxşı yapon olmağın" yolu idi.

Bayraq İkinci dünya müharibəsi zamanı işğal edilmiş Cənub-şərqi Asiya ölkələrində Yaponiya imperializminin aləti kimi istifadə olunmuşdur: insanlar bayraqdan istifadə etməli[24]və məktəblilər hər səhər bayraq qaldırma tədbirində Kimiqayo deməli idilər.[25] Filippin, İndoneziya və Mançjou-qo kimi bölgələrdə yerli bayraqlardan istifadəyə icazə verilmişdi.[26][27][28]Yaponiya imperiyasının tərkibində olan Koreyada Hinomaru və digər simvollar koreyalıların imperiyaya tabe olduqlarını göstərmək üçün istifadə olunurdu.[29]

Yaponlara görə Hinomaru "bütün dünyanın qaranlığını işıqlandıracaq doğan günəş" idi.[30] Qərb dünyasına görə bayraq Yaponiya hərbisinin ən güclü simvollarından biri idi.[

ABŞ işğalı

Hinomaru İkinci dünya müharibəsində və işğal dövründə de fakto bayraq olmuşdur.[20] İkinci dünya müharibəsindən sonra Yaponiyanın işğalı zamanı Hinomarunu dalğalandırmaq üçün Müttəfiq Güclərin Ali Komandirliyindən icazə almaq lazım idi.[32][33] Hinomarudan istifadənin məhdudiyyətlərinin dərəcəsi haqqında mənbələr fərqli məlumat verir. Bəzi mənbələr "qadağan olunmuş" terminindən istifadə edir.[34][35] Bəzi mənbələrə görə isə məhdudiyyətlər olsa da, açıq-aşkar qadağa yox idi.[20]

İkinci dünya müharibəsindən sonra ABŞ Donanması Gəmiçilik Nəzarət Təşkilatının yapon sivil gəmiləri tərəfindən yapon ticarət gəmiləri üçün başqa bayraqdan istifadə olunmuşdur.[36] "E" siqnal kodu əsasında hazırlanmış bayraq 1945-ci ilin sentyabrından ABŞ işğalının sonuna qədər istifadə olunmuşdur.[37] Yaponiya su sahəsində fəaliyyət göstərən ABŞ gəmiləri "O" siqnal bayrağından öz bayraqları kimi istifadə etmişdir.[38]

2 may 1947-ci ildə general Duqlas Makartur Yaponiyanın yeni konstitusiyasının ratifikasiyası ilə Milli Diet Binasında, İmperatorluq sarayında, baş nazirin iqamətgahında və Ali məhkəmə binasında Hinomarunun dalğalandırılması barədə məhdudiyyətləri qaldırmışdır.[39][40] Bu məhdudiyyətlər 1948-ci ildə əhaliyə milli bayramlarda bayraqdan istifadə etməyə icazə verməklə daha da azaldılmışdır. 1949-cu ilin yanvarında bayraqla bağlı bütün məhdudiyyətlər tamamilə aradan qaldırılmış və istənilən şəxsin istənilən vaxt icazə almadan Hinomaru dalğalandırmasına icazə verilmişdir. Nəticədə, məktəb və evlərdə 1950-ci illərin əvvəllərində Hinomaru yenidən dalğalanmağa başlamışdır.[32]

Müharibədən sonra 1999-cu ilə kimi

İkinci dünya müharibəsindən bəri Yaponiyanın militarist keçmişi ilə olan əlaqəsinə görə bayraq daim qınaq obyekti olmuşdur. Eyni tənqidlər Yaponiyanın hazırkı milli himni olan Kimiqayoya da edilir. Hinomaru və Kimiqayo haqqında fikirlər "Day Nippon"u (Böyük Yaponiya) müdafiə edən vətənsevərlərin fikirlərindən tutmuş antimilitarist "Nihon"u (Yaponiya) müdafiə edən sülhsevərlərin fikirlərinə qədər müxtəlifdir. Bayraq haqqında ideoloji fikirlər müxtəliflik göstərdiyinə görə bayraq hazırkı dövrdə İkinci dünya müharibəsindən öncəki dövrlə müqayisədə (hətta 1949-cu ildə bayraq haqqında bütün məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq) daha az istifadə olunur.

Yaponiya özünü diplomatik cəhətdən yenidən qurmağa başlayanda Hinomarudan xarici ölkələrdə siyasi silah kimi istifadə olunmağa başlamışdır. İmperator Hirohito və İmperatriça Kocunun Hollandiya səfəri zamanı hollandlar Hinomarunu yandıraraq imperatorun Yaponiyaya göndərilməsini və İkinci dünya müharibəsində holland müharibə əsirlərinin ölümlərinin araşdırılmasını tələb etmişdirlər. Yaponiyanın özündə isə hətta ABŞ ilə Yaponiya arasında razılaşdırılmış yeni güc razılaşması statusuna qarşı etiraz aksiyalarında belə istifadə olunmamışdır. Ticari təşkilatlar və digər etirazçıların istifadə etdikləri əsas bayraq inqilabın simvolu olan qırmızı bayraq idi.

Hinomaru və milli himnlə bağlı olan məsələ Tokio 1964-cü ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etdiyi zaman yenidən gündəmə gəlmişdir. Olimpiya oyunlarından öncə milli bayrağın günəş diskinin ölçüsü qismən dəyişdirilmişdir, çünki digər bayraqlarla dalğalananda günəş diskinin kifayət qədər diqqəti cəlb edən şəkildə görünmədiyi hesab edilmişdi. Rəng mütəxəssisi Tadamasa Fukiura günəş diskini bayrağın uzunluğunun üçdə ikisinə yerləşdirməyi seçmişdir. Fukuira həmçinin 1964-cü ildə istifadə olunmuş bayraq rənglərini 1998-ci ildə Naqanoda təşkil olunan Qış Olimpiya Oyunları zamanı da istifadə etmişdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR