Slimfit
  1. MARAQLI

Yeni dünya rekordu: dünyanın ən güclü maqniti

Yeni dünya rekordu: dünyanın ən güclü maqniti
Sakura

Yeni dünya rekordu: dünyanın ən güclü maqniti

Florida laboratoriyasının mühəndisləri son iki il yarım ərzində dünyada ən güclü maqnitin yaradılması üzərində işləyiblər. Onların işi artıq uğurla yekunlaşıb.

Florida Dövlət Universitetində yerləşən intensiv maqnit sahəsinin Milli laboratoriyası öz məqsədinə çatıb və dünyada ən güclü rezistiv maqniti hazırladı.

Bazar ertəsi onlar tomoqrafik aparatlarda istifadə olunan maqnitlərdən 20 dəfə güclü olan 41,4 tesla maqniti sınaqdan keçirdilər. Yer kürəsinin maqnit sahəsi sadəcə 0,00005 tesla gücünə malikdir.

Yeni rekord 3,5 milyon dollara başa gəlib ə laboratoriyanın direktoru Qreq Bebinqerin fikrincə bu gücə ancaq rekord üçün çatdırılıb.

Rezistiv maqnitlər araşdırma üçün istifadə olunan elektromaqnit növüdür. Onlar bir saniyə içərisində daha güclü ola bilən impulslu maqnitlərdən fərqlənir. Rezistiv maqnitlər daim işləyə bilər və Floridada ən güclüsüdür.

Tədqiqatçıların fikrincə onlar güclü quraşdırmanı müxtəlif suallara cavab tapmaq üçün istifadə edə bilərlər: məs, kvant kompüterlərində hansı materialdan istifadə etmək daha yaxşı olardı, Alsqeymer xəstəliyinin potensial dərmanı beyni necə dəyişir və xam neft nümunəsinə hansı molekullar daxildir və həmçinin hansısa yeri qazmağa dəyər yoxsa yox.

Yeni maqnitin gücü laboratoriyada bir otağı tutur, “X insanlar”dakı kimi effektlər yaratmır, lakin işçilərin ancaq qeyri-maqnit alətlərdən istifadə etməsi üçün kifayət edir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR