Slimfit
  1. TEXNOLOGİYA

Yeni nanocihazlar müasir tranzistorlardan 10 qat daha sürətlidir

Yeni nanocihazlar müasir tranzistorlardan 10 qat daha sürətlidir
Sakura

Yeni nanocihazlar müasir tranzistorlardan 10 qat daha sürətlidir

İsveçrə alimləri eyni vaxtda yüksək güc və impuls tezliyini özündə cəmləşdirən cihaz yaratmaq üçün plazma fizikasını nanotexnologiyanın ən son yenilikləri ilə birləşdirib.

Terahertz dalğaları mikrodalğalar və infraqırmızı şüalanma arasındakı elektromaqnit spektrində yerləşir. Onlar insanlar üçün faydalı olan bir neçə xüsusiyyətə malikdir : kağız, paltar, ağac və divarların arasından keçir, təhlükəsizlik, tibb və rabitə sahəsində havada çirklənmənin aşkar edilməsi üçün tətbiq edilə bilər. Digər bir üstünlüyü isə insan sağlamlığına zərər verməməsidir.

Böyük potensiala sahib olmasına baxmayaraq, terahertz şüa generatorları məhdud həcmdə istifadə olunur - onlar bahalı və iridir. Lakin, bu , yalnız bir neçə pikosaniyədə güclü THz siqnalları yayan nanocihaz yaratmış Lozanna Federal Politexnik Məktəbinin alimlərinin ixtirası sayəsində dəyişə bilər.

Kompakt, ucuz və tam elektrikləşdirilmiş cihaz, gərginliyi hər pikosaniyədə 10 V ilə 100 V arasında dəyişən güclü bir "axın" yaradır. Qurğu saniyədə 50 milyon dəfə belə bir qığılcımı verməyə qadirdir. Əgər onu antenə bağlasanız, güclü THz dalğaları əmələ gətirir və yayır.

Cihaz bir-birindən 20 nm məsafədə yerləşən iki metal lövhədən ibarətdir. Gərginliyin təsiri altında elektronlar onlardan birinə axır, burada nanoplazma əmələ gətirirlər. Gərginlik müəyyən bir həddə çatdıqda, elektronlar demək olar ki bir anda ikinci lövhəyə axmağa başlayır. Bu sürətli hərəkət yüksək intensivli impuls yaradır və terahertz dalğalarını buraxır.

İkiqat qrafen və super keçiricidən ibarət olan unikal optik tranzistor Britaniya fizikləri tərəfindən hazırlanmışdır. O indiyə qədər hələ ki, istifadə oluna bilməyən dalğaları 3 mm-dən 30 mikrona qədər gücləndirir.

Mənbə: hightech.plus

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR