Slimfit
  1. AZƏRBAYCAN

Yevda Abramov dəfn edildi

Yevda Abramov dəfn edildi
Sakura

Yevda Abramov dəfn edildi

Mərhum deputat Yevda Abramov böyük izdihamın müşaiyəti ilə Qubanın Qırmızı Qəsəbəsində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbristanlıqda torpağa tapşırılıb

12:58

Mərhum millət vəkili Yevda Abramovun nəşi dəfn olunmaq üçün Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evindən Qırmızı Qəsəbəyə yola salınıb. 

O, dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq.

12:27

Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində vəfat etmiş millət vəkili Yevda Abramovla vida mərasimi keçirilir.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, vida mərasimində dünyanın müxtəlif ölkələrindən xüsusilə yəhudi əsilli şəxslər, Milli Məclisin üzvləri, ictimai xadimlər iştirak edir.

İştirakçılar arasında YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, millət vəkilləri Vahid Əhmədov, Fuad Muradov, Xaçmaz və Quba rayonlarının icra başçıları və başqaları var.

Mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, Y.Abramov dekabrın 6-da müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib. Milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR