Alexa
Ens.az
14 dekabr 2018, cümə
.
chevron_left chevron_right
AZƏRBAYCAN

Yol polisi xəbərdarlıq etdi: Sürücülər 50 manat cərimə olunacaq

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib

3832 Baxış
Yol polisi xəbərdarlıq etdi: Sürücülər 50 manat cərimə olunacaq

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib.

İdarədən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində və ya texniki nasazlıq səbəbindən mexaniki nəqliyyat vasitələrində baş verə biləcək yanğının qarşısının alınması üçün avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, eləcə də təkərli traktorlarda odsöndürənin olmamasına görə “Yol hərəkəti haqqında” qanununa 1 saylı Əlavənin VII hissəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq sürücülər inzibati məsuliyyət daşıyırlar.

“Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin və avtomobil sahiblərinin diqqətinə çatdırır ki, müvafiq standartlara cavab verən ödsöndürəni olmadan idarə edilən nəqliyyat vasitələrinin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə ediləcəklər”, -deyə idarədən bildirilib.

 

Mənbə: Bizimyol.info

VİDEO QALEREYA
Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X