Slimfit
  1. TEXNOLOGİYA

Youtube 100-dən çox klipi daha yüksək keyfiyyətdə yenidən yayımladı

Youtube 100-dən çox klipi daha yüksək keyfiyyətdə yenidən yayımladı
Sakura

Youtube 100-dən çox klipi daha yüksək keyfiyyətdə yenidən yayımladı

“Youtube” servisi “Universal Music Group” ilə birgə adını tarixə yazmış minə yaxın musiqi klipinin yenilənməsi layihəsinə start verib. Layihə çərçivəsində kliplərin video, səs keyfiyyətləri artırılacaq və istifadəçilərə HD keyfiyyətdə təqdim ediləcək.

TED.az xəbər verir ki, ötən gün layihə çərçivəsində artıq 100 klip “#remastered” həştəqi ilə yenidən paylaşılıb. Yeni paylaşımlar arasında 25 il əvvəl təqdim edilmiş, Sabotage qrupunun “Beastie Boys” klipi, həmçinin Billy Idol, Boyz II Men, George Strait, Janet Jackson, Kiss, Lady Antebellum, Lady Gaga, Lionel Richie, Maroon 5, Meat Loaf, No Doubt/Gwen Stefani, Smokey Robinson, The Killers, Tom Petty və digərlərinin illər öncə böyük səs-küyə səbəb olmuş klipləri  də var. Yenilənmiş kliplərin internet ünvanları, baxış və bəyənmə sayı olduğu kimi qalır.

“Youtube” rəsmiləri hər həftə yenilənmiş kliplərin istifadəçilərə təqdim ediləcəyini bildirir.

Layihə çərçivəsində siyahısı hazırlanmış bütün materialların restavrasiyasının 2020-ci ilin sonuna tamamlanması nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR