Slimfit
  1. MEDİA

Yüksək Texnologiyalar Parkında 27 sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib

Yüksək Texnologiyalar Parkında 27 sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib
Sakura

Yüksək Texnologiyalar Parkında 27 sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib

Yüksək Texnologiyalar Parkında 27 sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib

Yüksək Texnologiyalar Parkında Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Yüksək Texnologiyalar Parkında (YTP) texnoparkın kollektivi, eləcə də onun rezidentlərinin əməkdaşlarının iştirakı ilə 27 sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, haqq və şərəf işimiz olan Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşən, Vətən, xalq yolunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Anım tədbirində çıxış edən YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə 27 sentyabr günü Azərbaycanın ən yeni tarixinə Anım Günü kimi həmişəlik daxil olub.

Vasif Abbasov Vətən müharibəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlər, arxa cəbhədə çalışan mülki insanlar, bütövlükdə xalqımızın böyük əzm, iradə, birlik və həmrəylik nümayiş etdirdiyini bildirib. Baş direktor Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun zəfər qazanmaqla şanlı tarix yazdığını vurğulayıb. 

O, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusunun Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdiyini bildirib. Alimin sözlərinə görə, bu müddət ərzində ümumilikdə, 5 şəhər, 4 qəsəbə, 286 kənd, çox sayda strateji yüksəkliklər geri qaytarılıb.

“Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib. Bundan sonra Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmayıb, - deyə Vasif Abbasov əlavə edib.

Baş direktor bildirib ki, Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Dövlətimiz tərəfindən şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına hər zaman xüsusi diqqət və davamlı qayğı göstərilir.

Daha sonra texnoparkın əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış YTP-nin rezidenti Təcrübə-Sənaye Zavodunun əməkdaşı olmuş Rafiq Heydərovun şərəfli döyüş yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, Rafiq Heydərov gəncliyini, ömrünü Vətənə fəda edərək adını heç zaman unudulmayacaq qəhrəmanlar sırasına yazıb. O, 2020-ci il oktyabrın 14-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmənin təxribatının qarşısını fədakarcasına alarkən şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd olunub ki, texnoparkın iki əməkdaşı – şəbəkə adminstratoru Qurbanəli Azayev və Ərazi idarəetmə şöbəsinin əməkdaşı Razi Nuriyev də Vətən uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək böyük igidlik və şücaət nümayiş etdiriblər. Qurbanəli Azayev “Kəlbəcərin azad olunmasına görə”, Razi Nuriyev isə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif ediliblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.