Slimfit
  1. MARAQLI

Yumurta barədə nələri yanlış bilirik?

Yumurta barədə nələri yanlış bilirik?
Sakura

Yumurta barədə nələri yanlış bilirik?

Yumurtanın faydaları və ziyanları haqda çox deyilib, çox yazılıb. Bu yöndə müzakirələr, mübahisələr hər zaman davam edir və yeni məlumatlar ortaya çıxır.

E-tibb.az Türkiyə mediasına istinadən bununla bağlı növbəti məqaləni təqdim edir. Bu dəfə yumurta ilə bağlı doğru hesab edilən və uzun illərdir hamının inandığı məlumatların çoxunun əslində həqiqətə uyğun olmadığı bildirilir.

Xolesterini yüksək olanlar yumurta yeməməlidir?

Hər zaman qanda xolesterin səviyyəsi yüksək olan şəxslərin yumurta yeməməli olduğu birmənalı vurğulanır. Yumurta həmin şəxslər üçün qadağan olunan qidalar sırasında göstərilir. Amma əslində belə deyil. Yumurta sarısı ağına nisbətən yağla daha zəngin olsa da, qeyd olunur ki, bütün yağlar heç də mənfi təsirli deyil. Əgər bir gündə 3 yumurta yeyilsə, bu, xolesterinin yüksəlməsinə səbəb olar. Amma bunu 1 yumurta barəsində demək olmaz.

Daha bir yanlış arıqlamaq istəyənlərin yumurta sarısı yeməmələri barədə deyilənlərdir.

Kökəlməkdən çəkinən insanların çoxu yumurta sarısı yeməkdən imtina edir. Əslində isə belə deyil. Yumurta sarısı vitamin D ilə zəngindir, bu isə protein və kalsium ehtiva etməklə yanaşı, kalsiUmun sorulmasına yardım edir.

Bundan başqa, yumurta sarısı qaraciyərin funksiyalarının normal olması üçün də faydalıdır. Mütəxəssislər gündə bir yumurtanın düzgün diet proqramının tərkib hissəsi olduğunu deyirlər.

Bəzi şəxslər əzələləri böyütmək, səsi qalınlaşdırmaq və mədə turşuluğunu azaltmaq üçün çiy yumurta içir. Amma əslində bu düzgün deyil. Çiy yumurtanın faydası çox şişirdilir.

Qəhvəyi yumurtanın ağ rənglidən daha faydalı olması barədə deyilənlər də həqiqətə uyğun deyil. Rəngin tərkibə heç bir aidiyyatı yoxdur. Yalnız Günəşdə çox olan toyuqların yumurtası digərlərinin yumurtası ilə müqayisədə 3-4 qat daha artıq D vitamini ilə zəngindir.

Ot yeyən toyuqların yumurtaları daha yaxşıdırmı? Hesab olunur ki, bu da mübahisə mövzusudur. Ot yeyən toyuqların yumurtalarında daha çox A, E, D və omeqa-3 vitamini olsa da, onların bağlı saxlanılan toyuqlarla müqayisədə daha çox xəstəliklərə yoluxma ehtimalı var.

Yumurta sarısının daha tünd olması fikri məntiqli görünsə də, əslində bu, toyuğun yediyi qidalarla bağlıdır.

Daha bir yanlış fikir isə hamilə qadınların yumurta yeməməsi ilə bağlıdır.

Yumurta protein, vitamin, mineral, amin turşuları ilə zəngindir. Ona görə də bu iddiaların əksinə olaraq yumurta, meyvələr, balıq, lobya, taxıl məhsulları kimi yeyilməsi vacib olan qidadır. Sadəcə olaraq, çiy və yarıbişmiş yumurta yeməkdən çəkinmək lazımdır.

Bildirçin yumurtalarının toyuq yumurtasından daha xeyirli olmasına gəlincə, onlarda toyuq yumurtasından daha çox protein, vitamin və digər elementlər olsa da, fərq o qədər də böyük deyil. Həm də effektini görmək üçün həddən artıq çox bildirçin yumurtası yemək lazımdır...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR