Slimfit
  1. AZƏRBAYCAN

Zağulba yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Zağulba yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Sakura

Zağulba yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan 20:00-a qədər Bakının Xəzər rayonunun Zağulba qəsəbəsinə gedən yolun 28-ci km-də (Mərdəkan körpüsündən qəsəbə istiqamətində) aparılacaq yol-təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Zağulba istiqamətində hərəkət edən sürücülər Mərdəkan körpüsündən istifadə etməklə körpüdən sonra yol ayrıcında müvəqqəti təşkil ediləcək yol hissəsindən geriyə dönüş etməklə hərəkətə davam edə biləcəklər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR