Slimfit
  1. AZƏRBAYCAN

Zakir Həsənov Bolqarıstanın müdafiə naziri ilə görüşüb

Zakir Həsənov Bolqarıstanın müdafiə naziri ilə görüşüb
Sakura

Zakir Həsənov Bolqarıstanın müdafiə naziri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Bakıya gələn Bolqarıstanın baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – müdafiə naziri Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələtində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, həmçinin ölkələrin yerləşdiyi regionlardakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR