Ens.az
8 dekabr 2019, bazar
.
.
chevron_left chevron_right
DÖVLƏT VƏ SİYASƏT

Zakir Həsənov yeni səfirlə görüşdü

Zakir Həsənov yeni səfirlə görüşdü

33 Baxış
Zakir Həsənov yeni səfirlə görüşdü

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Latviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançs ilə görüşüb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Latviya arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görəcəyi işlərdə uğurlar arzulayıb.

Azərbaycan ilə Latviya arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, beynəlxalq və regional təhlükəsizlik problemləri, eləcə də əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Müdafiə sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycan ilə Latviya arasında hərbi və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini yüksək qiymətləndirib.

Öz növbəsində səfir D.Qarançs ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edərək Latviya ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın istər NATO proqramları çərçivəsində, istərsə də ikitərəfli formatda uğurla davam etdiyini vurğulayıb.

Görüşdə tərəflər müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

 





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X