Slimfit
  1. TARİX

Zaqatala üsyanından 100 il ötdü-Tarixə baxış

Zaqatala üsyanından 100 il ötdü-Tarixə baxış
Sakura

Zaqatala üsyanından 100 il ötdü-Tarixə baxış

100 il əvvəl, 1920-ci il iyunun 6-da, Azərbaycanın Zaqatala dairəsində Sovet hakimiyyətinə qarşı üsyan başladı. Bu üsyan Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqutundan sonra ən güclü antibolşevik çıxışlarından biri olub.

Molla Hafiz Əfəndi, Aslan bəy Qardaşov, Bəşir bəy Qalaciyev, Molla Məhəmməd Dibirov və hərbi xadim Əhmədiyevin başçılıq etdiyi üsyançılar Zaqatala və Qax üzərində nəzarəti ələ keçirdilər. Üsyan Şəki bölgəsinin bir hissəsini də bürüdü. Üsyanda Azərbaycan Milli Ordusunun qarovul batalyonunun zabitləri fəal iştirak edib.

Sovet qoşunları iyunun 18-də Zaqatalaya yenidən daxil olmağa müvəffəq oldu. Üsyan amansızlıqla yatırıldı. Qarabağ üsyanının yatırıldığı vaxt, Zaqatala dairəsində sovet hakimiyyətinə qarşı üsyanın qalxdığı vaxt Şəki bölgəsinin də bir hissəsini bu üsyan bürümüşdü. Həmçinin həmin tarixdə, yəni 1920-ci ilin iyununda Gürcüstan parlamentinin üzvləri Zaqatala bölgəsində sovet hakimiyyətinə qarşı təşviqatı gücləndirmişdilər. Onlar əhali arasında şaiyə dolu intibahnamələr yayırdılar ki, guya "əgər Zaqatala dairəsini Gürcüstana verməsələr, Gürcüstan zor gücünə tabe olmağa məcbur edəcək".

Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan 1920-ci il iyunun 6-da bəhanə ilə başlandı. Guya üsyan Gürcüstanın Azərbaycana müharibə elan etməsilə başlanılıb. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar, yəni 1000 nəfərdən çox adam və onlara qoşulmuş Azərbaycan qoşunlarının qarovul batalyonunun bütün zabitləri iyunun 9-da Zaqatala qalasını, teleqrafı tutdular və inqilab komitəsinin üzvlərini, sovet işçilərinin hamısını həbs etməyə başladılar.

Qızıl ordu komandirləri özlərinin etiraflarında bildirirdilər ki, Zaqataladakı üsyan da Qarabağdakı üsyan zamanı olduğu kimi, amansızlıqla yatırıldı və əhalinin tərk-silah edilməsinə başlanıldı. Bütünlükdə üsyançılardan 6 mindən çox xarici və rus tüfəngi, karabini, berdankası, 8 pulemyot və böyük miqdarda tapança, müxtəlif pistolet və digər döyüş sursatı alındı. Digər hərbi məlumatda isə Zaqatalanın ən yoxsul sinfi tərəfındən ruh yüksəkliyi ilə "Yaşasın sovet hakimiyyəti!" sədaları ilə qarşılanan Qızıl ordu hissələrinin iyunun 18-də şəhərə daxil olmaları və qalanı tutmalari əksini tapıb.

Mənbə: Sonxeber.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR