Slimfit
  1. DÜNYA

Zelenskidən Ukrayna Silahlı Qüvvələri ilə bağlı ETİRAF

Zelenskidən Ukrayna Silahlı Qüvvələri ilə bağlı ETİRAF
Sakura

Zelenskidən Ukrayna Silahlı Qüvvələri ilə bağlı ETİRAF

"Ukraynanın ölkənin Silahlı Qüvvələri üçün maddi vəsaiti yoxdur".

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski "Time" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu səbəbdən Ukrayna Silahlı Qüvvələri Qərb, ilk növbədə Avropa ölkələri tərəfindən maliyyələşdirilməlidir.

"Ukrayna Silahlı Qüvvələrinin istirahətə ehtiyacı var, onların rotasiyaya, ehtiyatlara və maaşa ehtiyacı var. Hazırda bu, problemdir, çünki ordu həmişə indikindən kiçik olub. Ordu üç dəfə böyük olanda onu maliyyələşdirmək lazımdır. Eyni zamanda, Ukrayna büdcəsi buna kifayət etməyəcək", - deyə Volodimir Zelenski qeyd edib.

Onun sözlərinə görə, ayrıca proqramlar yaratmaq lazımdır ki, Avropa Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirə bilsin.

"İdeal olaraq, maliyyələşdirmə ilə Avropa və ABŞ məşğul olmalıdır, lakin indiki şərtlərdə mən daha çox Avropa ölkələrinə arxalanıram", - deyə o vurğulayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR