Ens.az
21 oktyabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
MARAQLI

Zəm-zəm suyu

Zəm-zəm suyu

242 Baxış
Zəm-zəm suyu

Zəm-zəm suyu — Məkkəşəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahimpeyğəmbərin körpə oğlu İsmayılsusuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür.

Yaranması

İslam tarixində qeyd olunur ki, İbrahim peyğəmbər Allahın əmri ilə öz körpə oğlu İsmayılı və onun anası Həcəri Hicazda qoyub gedir. Həcər susuzluqdan əziyyət çəkən oğlu üçün su axtarsa da, tapa bilmir. Çünki Məkkə isti və quru havası və çox az su mənbəyi olan yerdə yerləşir. Həcər su axtarışında 7 dəfə Səfa və Mərva dağları arasındakı məsafəni gedib gəlir. Susuzlayan İsmayıl ayaqları ilə yeri sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Bu hadisənin başqa bir versiyasında Allah Cəbrayılı göndərir və o öz əsası (digər versiyada qanadı) ilə yerə toxunur və həmin yerdən su çıxır.

Zəm-zəm sözü ərəbcə "dayan" mənasını verən Zome sözündən yaranmışdır. Belə ki, bu sözü Həcər bulaqdan su doldurduqdan sonra onun dayanmasını istəyərkən təkrarlamışdır.

Texniki məlumatlar

Zəm-zəm quyusunun dərinliyi 30m, diametri 1,08 metrlə 2,66 metr arasında dəyişir.

 

Mineral konsentrasiyası
Kral Səud Universitetinin tədqiqatçıları tərəfindən bildirilir

Minerallar

Konsentrasiyası

mq/L

 

Natrium

133

 

Kalsium

96

 

Maqnezium

38.88

 

Kalium

43.3

 

Bikarbonat

195.4

 

Xlorid

163.3

 

Flüorid

0.72

 

Nitrat

124.8

 

Sulfat

124.0

 

Ümumi mineralizasiya

835

 

Yüz illərdir ki, bu su öz keyfiyyətini itirmir, qurumur, suyun həcmi azalmır, tükənmir, onun tərkibinə heç vaxt xlor əlavə edilmir. İllərlə saxlansa belə xarab olmur, öz keyfiyyətini quyudan təzə çıxmış kimi saxlayır. Başqa quyulardan fərqli olaraq onun divarlarında mamır və başqa bitkilər bitmir.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X