Slimfit
  1. AZƏRBAYCANLI

Z.M. Bunyadov- Sovet İttifaqı qəhrəmanı və alim

Z.M. Bunyadov- Sovet İttifaqı qəhrəmanı və alim
Sakura

QİYAMÇI, ƏDALƏT CARÇISI . ƏSGƏR və ALİM, O ONSUZ DA ÖLÜMDƏN daha güclü OLDU.

ZİYA BUNYADOV - BÖYÜK VƏTƏN MÜHARİBƏSİNİN VETERANI, SOVET İTTİFAQI QƏHRƏMANI, SOVET və AZƏRBAYCAN ALİMİ, AZƏRBAYCAN ELMLƏR AKADEMİYASININ AKADEMİKİ. PANKOV RAYONUNUN BERLİN ş (ALMANİYA) və URGENÇ (ÖZBƏKİSTAN) ŞƏHƏRİNİN FƏXRİ VƏTƏNDAŞI.

Ziya Bunyadov, 24 dekabr 1921-ci ildə Astara şəhərində, Bibiheybət şeyxlərinin məşhur və hörmətli nümayəndələrindən olan, Birinci Dünya Müharibəsi veteranı, hərbi tərcüməçi Musa Mövsüm oğlu Bünyadovun (1895-1961) ailəsində anadan olmuşdur. Onun anası – Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi. Uşaqlıqdan Bünyadov həm Azərbaycan, həm də rus dilini bilirdi, eyni zamanda atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onuncu sinifi bitirdikdən sonra Bakı Piyadalar Məktəbinə daxil oldu(1939) və 1941-ci ilin mayında oranı leytenant rütbəsi ilə bitirdi. Buradan Benderdə (Moldova) atıcı tağımın komandirliyinə təyinat aldı.

O, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok və Tuapse, Belorusiya və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak etmişdi. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi. Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər Volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi. Döyüşlərin birində onun bölüyündən 17 nəfər düşmənin 15 zirehli texnikasını məhv etmiş, Ziyanın özü isə başından qəlpə yarası almışdı. Tuapse əməliyyatı zamanı leytenant Bünyadov ayağından xəsarət aldı və xəstəxanada müalicədən sonra Taqanroqa yollandı. 1942-ci ildə çıxan "Qırmızı Ulduz" qəzeti onun haqqında yazırdı:

"Pələng kimi sürətli kəşfiyyatçı Ziya Bünyadov inanılmaz şəraitdə düşmənin sayı, silahları və yeri barədə dəqiq məlumatlar gətirə bilir."

Komandanlıqla dalaşan Bünyadov cəza bölüyünə göndərildi. 1945-ci ilin yanvarında diviziya komandiri onu yanına çağırdı və cəza rotasının komandiri olmağı təklif etdi. Kapitan Bünyadov 213-cü cəza rotasının komandiri təyin edildi (5-ci zərbə ordusu, 1-ci Belorus cəbhəsi). Yanvarın 14-də Palçek kəndi yaxınlığında gedən döyüşdə Vistula-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında olan bölük mühüm döyüş tapşırığını başa vurdu. Bünyadovun özü daha sonra xatırlayırdı:

Mənə həddindən artıq təhlükəli bir iş tapşırıldı: düşmənin üçlü müdafiə xəttini aşmaq və arxa xəttinin dərinliyinə getmək. Biz Pilitsa çayı üzərindəki 80 metr uzunluğunda minalanmış körpünü almalı idik, özü də, ona zərər yetirmədən, çünki hərbi texnikanın üstündən keçməliydi. Və bu tapşırığı yerinə yetirdik, amma nələr hesabına başa gəldi! Bu döyüşdə 670 döyüşçüdən 47-si sağ qaldı. O zaman nə qədərini dəfn etdim, yaxınlarına neçə məktub yazdım! Sağ qalanların hamısı hərbi ordenlərlə təltif edildi.

Rəsmi sənədlərdə Ziya Bünyadovun göstərdiyi rol aşağıdakı kimi təsvir edilmişdir:

"Kapitan Z.M.Bünyadovun 123-cü əlahiddə ordu rotası 1945-ci il yanvar ayının 14-16-da düşmənin Manquşevsk sahəsindəki müdafiə xəttinin yarılmasında iştirak etmiş, məharətli komandanlıq nəticəsində Domburovki kəndinin cənub kənarından və dəmir yolu xəttindən keçərək yanvarın 14-də Pilitsa çayını birinci keçmiş, sol sahildə ələ keçirdiyi döyüş mövqeyini 89-cu qvardiya diviziyasının əsas atıcı hissələrinin gəlib çıxmasına qədər saxlamışdır. Rota düşmənin 160 əsgər və zabitini öldürmüş, 45 əsgərini əsir götürmüş, 5 ədəd altılüləli minamyot, 3 top, çoxlu sayda avtomat, tüfəng, sursat, ərzaq və başqa qənimətlər ələ keçirmişdir... "

Rotanın bu missiyası nəticəsində Sovet qoşunları Vistula və Oder çayları arasındakı əməliyyat sahəsinə girdilər və qısa müddətdə Berlindən təxminən 90 km məsafəyə qədər irəlilədilər. Sovet İttifaqı Qəhrəmanı adı Bünyadova 27 fevral 1945-ci ildə verildi. Həmin ilin martında BKP-nin üzvü oldu. Berlin uğrunda gedən döyüşlərdə Bünyadov geri çəkilən nasistlər tərəfindən tunelləri su ilə doldurulmuş metroda gizlənən mülki insanları xilas etdi. Almaniyanın təslim olduğu vaxt Ziya Bünyadov döyüşlərlə Silezsk vağzalının ərazisinə çatdı. Zeelov yüksəkliklərinə hücum zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə Ziya Bünyadov Qırmızı Bayraq ordeni ilə təltif edildi.

Müharibə illərində Ziya Bünyadov bir neçə dəfə yaralanmış və kontuziya almışdı, lakin həmişə yenidən sıraya qayıtmışdı. Bədənindəki qəlpələrdən birini yaralanandan 30 il sonra çıxardılar. Bünyadovun yaralarının fəsadları ona illərlə əzab verirdi, vaxtaşırı xəstəxanaya getməyə məcbur edirdi, baş ağrılarından isə heç vaxt qurtula bilməmişdi.

 

Mənbə: Алхайд

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR