Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

30 iyulda anadan olan Milli Qəhrəmanlarımız

30 iyulda anadan olan Milli Qəhrəmanlarımız
Sakura

30 iyulda anadan olan Milli Qəhrəmanlarımız

30 iyul Azərbaycanın Milli Qəhrəmanları Fəxrəddin Musayev, Nadir Əliyev, Aqil Məmmədov və "İgidliyə görə" medalı ilə təltif edilən Əhməd Abdullayevin doğum günüdür.

Ens.az xəbər verir ki, Sonxeber.az Azərbaycanın Milli Qəhrəmanlarının həyat yoluna nəzər salıb.

Onlardan 1957-ci il təvəllüdlü, 11 aprel 1992-ci ildə Füzuli rayonunda erməni işğalçılarına raket zərbələri endirərkən faciəli surətdə həlak olan Milli Ordumuzun baş leytenantı Fəxrəddin Musayevdir.

O, hərbi xidmətini əvvəlcə Çexoslovakiyadakı Şimal Qoşun Qrupunda, sonra isə Orenburq vilayətinin Orsk şəhərində keçib. Milli Ordu yarandıqdan sonra o, təhsilini yarımçıq qoyaraq hərbi hava qüvvələrində xidmətə başlayıb.

Qarabağda keçirilən hərbi əməliyyatlarda Fəxrəddin fəal iştirak edirdi. O, dəfələrlə döyüş bölgələrinə uçuşlar edərək erməni yaraqlılarına qarşı mərdliklə döyüşüb. 1992-ci il aprel ayının 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonu ərazisində düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olub.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq gorülüb.

Qusar rayonundakı mərkəzi küçələrdən biri qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Digər vətən fədaisi Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə 22 iyul 1993-cü ildə qəhrəmancasına həlak olan 1962-ci il təvəllüdlü Nadir Əliyevdir.

Əliyev Nadir Alış oğlu 30 iyul 1962-ci ildə Ağdam rayonunun Əliağalı kəndində doğulub.

O, 1983-cü ildə əsgəri xidmətini Qazaxıstanın Leninsk şəhərində başa vurub. 1984-cü ildə sənədlərini Bakı Dövlət Universitetinə verərək hüquq fakultəsinə daxil olub. 1986-cı ildə onu bir neçə tələbə ilə birlikdə Moskva DTK-nin Dzerjinsk adına Ali Hərbi Məktəbinə göndərirlər.

Nadir Vətənini, doğma torpağını öz canından artıq sevirdi deyə onu öz xahişilə onu döyüş bölgəsinə göndərirlər.

Nadir Əliyev baş əməliyyat müvəkkili kimi Ağdam, Şuşa, Ağdərə, Ağcabədi rayonlarında əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni əsirgəmirdi. O, ana yurdu Ağdamın qoynunda əbədiyyətə qovuşur.

Azərbaycan Resbublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Suraxanı rayonundakı 282-saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Digər bir qəhrəman 1969-cu il təvəllüdlü, əfsanəvi "Qaranquş" kəşfiyyat dəstəsinin döyüşçüsü 7 avqust 1992-ci ildə Laçın rayonunun Susuzdağ yüksəkliyi uğrundakı döyüşdə minaya düşərək ağır yaralanıb və şəhadətə qovuşan Aqil Məmmədovdur.

Aqil Məmmədov 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açıb.

Aqil Məmmədov 1987-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1988-ci ildə Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq doğma yurda qayıdıb. Aqil Məmmədov Qubadlı rayon özünümüdafiə taboruna qoşularaq Ermənistanla səhrəd kəndlərin müdafiəsində əfsanəvi qəhrəmanlıqlar göstərmiş "Qaranquş" kəşfiyyat dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınırdı.

O minaya düşərək ağır yaralanır. Yoldaşları onu təhlükəli yerdən çıxarmağa çalışır, lakin çoxlu qan itirdiyinə görə onun həyatını xilas etmək mümkün olmayıb.

Aqil Məmmədov 5 fevral 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı Heydər Əliyevin 457 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Aqil Məmmədovun təhsil aldığı 2 saylı orta məktəb onun adını daşıyır. Hazırda bu məktəb

Sumqayıt şəhərində fəaliyyət göstərir. Qubadlıda və Gəncədə adına küçələr var.

Həmin gün anadan olan qəhrəmanlarımız arasında 1976-cı il təvəllüdlü, 4 sentyabr 2010-cu ildə Tərtər rayonunda erməni işğalçılarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olan Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev də var.

O, 30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində dünyaya göz açıb.

1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub və həmin məktəbi müvəffəqiyyətlə bitirib.

1992-ci ildə təhsilini davam etdirmək məqsədilə İstanbul şəhər hərbi məktəbinə daxil olub. 1996-cı ildən Ankara Hərbi Akademiyasında təhsilini davam etdirib.

Dünyanın bir çox ölkələrində (Almaniya, İsveçrə ) keçirilən hərbi təlimlərdə iştirak edib.

2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində qrup komandiri vəzifəsində çalışıb.

2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.

Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsibkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.

28 dekabr 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında igidlik göstərdiyinə görə mayor Əhməd Hüseynağa oğlu Abdullayev "İgidliyə görə" medalı (ölümündən sonra) ilə təltif edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR