Slimfit
  1. TEXNOLOGİYA

3D printerdə süni intellektli sürücüsüz idarə olunan avtobus təqdim olunub

3D printerdə süni intellektli sürücüsüz idarə olunan avtobus təqdim olunub
Sakura

3D printerdə süni intellektli sürücüsüz idarə olunan avtobus təqdim olunub

“Local Motors” şirkəti süni intellektin köməyi ilə idarə olunan sürücüsüz mini avtobusunun yeni versiyasını təqdim edib. Sürücüsüz mini avtobusun 80%-i 3D printerdə çap edilib, amma avtobus hələ ki ictimai yollarda hərəkətə hazır deyil.

ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, 2016-cı ildə “Local Motors” şirkəti “Olli” adlı kiçik sürücüsüz idarə olunan avtobus təqdim etmişdi. Həmin avtobus “IBM” şirkəti ilə birgə hazırlandığından mühəndislər onların süni intellekt sahəsindəki hazırlamalarından istifadə edə biliblər. İndi “Local Motors” şirkəti tərəfindən təqdim edilmiş “Olli” avtobusunun yeni modelinin çox hissəsi 3D printerin köməyi ilə çap edilib.

Lakin “Olli” avtobusu hələ ki şəhərdə hərəkət üçün nəzərdə tutulmayıb, onu universitetin kampuslarında, xəstəxananın ərazisində, hərbi baza və yataqxanalarda istifadə etmək olar.

Tədqiqatçılar bildiriblər ki, “Olli” avtobusunun yeni versiyası daha böyük imkanlara malikdir. Məsələn, 160 km-dək məsafəni qət edə bilər, 12-dək sərnişin tutumuna malikdir və 40 km/saatadək sürət toplayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR