Slimfit
  1. İDMAN

4 qat Azərbaycan çempionu: “Çempionlar bazarda kartof satırlar”

4 qat Azərbaycan çempionu: “Çempionlar bazarda kartof satırlar”
Sakura

4 qat Azərbaycan çempionu: “Çempionlar bazarda kartof satırlar”

Qonağımız kinq-boksinq üzrə 4 qat Azərbaycan çempionu, 1 qat dünya çempionu Azər Məmmədovdur. Azərlə söhbətdə Azərbaycan bayrağını yüksəklərə qaldıracaq od ürəkl oğlanların olduğunu, lakin bu insanların diqqətdən kənarda qaldığını öyrəndik.

Azər Şirvan rayonunda doğulub, boya-başa çatıb. 9 yaşından kinq-boksinq idman növü ilə məşğuldur.Müxtəlif yarışlarda böyük uğurla çıxış edib. Azər əmindir ki, Azərbaycanda kinq – boksinq məktəbinin yetirmələri istənilən dünya çempionatında böyük uğurla çıxış edə bilər.

“Azərbaycan çempionatında yer tutmusansa dünya çempionatında mütləq yer qazanacaqan. Bizdə o qədər güclü və bacarıqlı idmançılar var ki, onların arasında seçilmək həqiqətən hünərdir. Hər kəs mərhum həmkarımız Xamis Məmmədov rəhmətə gedəndə onu Həbib Nurməhəmmədova qalib gəlmiş idmançı kimi yazdı, belə tanıtdılar. Mən bununla əsla razı deyiləm. Xamis Həbibdən qat-qat güclü döyüşçü idi, gərək onun Həbiblə müqayisə etməyədilər.Mən Konor Makqreqorun izləyicisiyəm, o sadəcə döyüşə içkili çıxdı deyə Həbibə uduzdu. Eləcə Dünya Çempionu Xamis Məmmədov demək yetər. Xamis Həbibdən zəif oğlan deyildi.

Sadəcə bizdə çempionlara diqqət çox yüksək deyil. İdmançılarımız var, biri taksi sürür, biri montyorluq edir, Azərbaycan çempionu var ki, Sabirabadda bazarda kartof satır. Belə şeylər insanı ruhdan salır”.

Azər Məmmədov qeyd etdi ki, əgər şərait yaradılsa daha böyük nəticələr göstərmək olar.

 

“Bizim məşq zalımız 4 kvadrat metrlik zaldan ibarətdir. Çox istərdik ki, Şirvanda və Sabirabadda əlaqədar qurumlar bizimlə maraqlanıb, geniş yer versinlər. Əlcəyi əlinə bir dəfə geyindinmi, daha çıxarmaq istəmirsən. Həvəs və bacarıq var, lakin bir az da dəstək olsa hamımız yaxşı nəticələr göstərərik. Bizdə Olimpiya idman növü üzrə məşğul olmayan idmançılar xaricə öz hesablarına getməli olurlar. Buna da hər kəsin gücü çatmır. İtaliyada dünya çempionatı keçirilirdi. Hazırlaşıb evdən çıxdım. Toplantı yerinə gələndə dedilər hər kəs öz hesabına gedir. Çantamı elə orda atıb getdim. İki il buraxdım. Amma sonra mənimlə birlikdə döyüşlərə çıxan uşaqların əzmini görüb yendən ruhlandım. Düzdür, bir az formadan düşmüşəm, amma Olimpiya oyunlarına qatılmaq arzum var. Buna doğru can atıram, məşqlər edirəm”.

Azər müxtəlif preparatlar və qida əlavələri ilə “bədən yığılması” məsələsinə də toxunub. “ Bu hər idman növündə öz effektini vermir. Bir qədər fitnesə getdim. Bədənimi formaya salmaq üçün. Sonra gördüm ki, qol əzələlərim güclü zərbələr vurmağıma imkan vermir. Fitnes və kinq- boksinq ikisi bir arada məsləhətli deyil”.

Azərin döyüşlərini maraqla izlədiyi idmançı həmyerlimiz Zabit Səmədovdur. Məşqçisi ona Əcəmi ləqəbini verib. Ümid edirik bir gün o da Zabit kimi dünyaya səs salar və döyüş səhnələrini “Azərbaycan pələngi” adıyla titrədər.

Torpaq hünərli oğullar yetirib, onlar əmək və zaman sərf edərək müəyyən pillələri qalxıblar. Bir az da rayonun əlaqədar qurumları diqqət yetirsələr ölkəmizin adını ucaldan bu gənclər onlara baş ucalığı gətirərlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR