Slimfit
  1. ƏDƏBİYYAT

Abbasqulu ağa Bakıxanov - Aman ki, ol zalim canan ğarəti-can edib getdi

Abbasqulu ağa Bakıxanov - Aman ki, ol zalim canan ğarəti-can edib getdi
Sakura

Abbasqulu ağa Bakıxanov - Aman ki, ol zalim canan ğarəti-can edib getdi

Aman ki, ol zalim canan ğarəti-can edib getdi,
Bu sinəmi bir şuridə qələ, zindan edib getdi.

Fəraqında işıqları, yuxuları aldı gözdən,
Gün-gecəni aşiqinə necə yeksan edib getdi.

Canan getdi yanımdan ah, mən əl çəkdim canımdan ah,
Ruhum onun arzusuyla belə cövlan edib getdi.

Qəlbim onu görmək üçün gəlib çıxdı gözüm üstə,
Ətəyimi qan yaşilə bir gülüstan edib getdi.

Belə çətin vəziyyətdə heç xatirim cəm olarmı,
Ki o pəri şanlı məni çox pərişan edib getdi?!

Gözlə ürək abü tabi almış qəhrü kərəmindən,
Bir şam üzlü məni necə ağlar, xəndan edib getdi,

Bu sadəlövh Qüdsini yar vəslə ümid verə-verə,
Nə hiyləgər məharətlə bəndi-hicran edib getdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR