Slimfit
  1. ƏDƏBİYYAT

Abbasqulu ağa Bakıxanov - Özgələrə

Abbasqulu ağa Bakıxanov - Özgələrə
Sakura

Abbasqulu ağa Bakıxanov - Özgələrə

Ah gör kim genə yar oldu nigar özgələrə,
Qoşulubdur yüzü gülbərgi-bahar özgələrə,
Göstərir şəmi ruxi leylü nahar özgələrə,
Yəni bizdən usanıb ülfəti var özgələrə,
Tərk edib aşiqini oldu düçar özgələrə.

Həmdəmim qeyr olub, ləli-ləbim, mahvəşim,
Xətti-xali-xütənim, çeşmi-siyahi-həbəşim,
Dilbərim, simibərim, işvəgərim, laləvəşim.
Dövrü dönmüş fələkə bax ki, mənim badəkəşim.
Saqiyi-məclis olub, cam tutar özgələrə.

Mənə həm yar idi, həm munisü həm dilbər idi,
Mən ona çakər idim, həm o mənə sərvər idi,
Nə mənə bəlkə tamam aləmə taci-sər idi,
Nəqdi-canimi alıb çox mənə naz eylər idi,
İndi gör müftə verir busü kənar özgələrə.

Səngdil rəhm elə ki, könlüm olub şişə mənim,
Salmısan şamü səhər başımı təşvişə mənim,
Dövrü dönmüş fələk, et halımı əndişə mənim,
Bilmədin qədrimi ey şuxi-cəfapişə mənim,
Axırı üzü dönük oldu düçar özgələrə.

Həzər et, sərzənişi-xəlqdən ey bisərü pa,
Gəzmə əğyar ilə sən bəsdir usan, eylə həya,
Qüdsiya, sən biləsən yoxdu gözəllərdə vəfa,
Lənət olsun buların zatına hər şamü səba,
Ki, mənim sirr sözümü eylədi car özgələrə.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR