Slimfit
  1. ƏDƏBİYYAT

Abdulla bəy Asi - Qara gözlü, qara oldu günüm zülfün kimi qarə

Abdulla bəy Asi -  Qara gözlü, qara oldu günüm zülfün kimi qarə
Sakura

Abdulla bəy Asi - Qara gözlü, qara oldu günüm zülfün kimi qarə adlı qəzəli

Qara gözlü, qara oldu günüm zülfün kimi qarə,
Pərişan halım ondandı, bulunmaz dərdimə carə.

Alıb zülfi-musəlsəl dövri-mahi-arizin yeksər,
Hərəm rahın və ya məsdud edib ərab zəvvarə.

Əcəb olmaz əgər lal olsa tuti qoncə tək qəmdən,
Acan dəm ləli-şəkkərbarını hər ləhzə guftarə.

Könül lafi-ənəlhəq eşqi-ruyində urar daim,
Nola Mənsur tək cəksə qara zulfun anı darə.

Könül mayildi nuş etsin ləbi-ləlin şərabından.
Sədai-hicr rəf olsun ki, düşmüş rənci-xummarə.

Töküb zəbri-həlahil kami-canə əfiyi-zülfün,
Nola tiryaki-ləlin eyləyə bu dərdə bir carə.

Yetib həddi-nisabə hüsni-ruyin, mustəhəqqindir,
Zəkati-hüsnünü, ey şux, lutf et Asiyi-zarə.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR