Slimfit
  1. SİYASƏT

ABŞ-da mer azərbaycanlıları mükafatlandırdı

ABŞ-da mer azərbaycanlıları mükafatlandırdı
Sakura

ABŞ-da mer azərbaycanlıları mükafatlandırdı

ABŞ-ın Florida ştatındakı Aventura şəhərinin meri Enid Vaysman (Enid Weisman) Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin xatirəsinə həsr olunan "Florida Keys" beynəlxalq musiqi müsabiqəsinin təşkilatçılarını fəxri sertifikatlarla təltif edib.

Diaspora İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, şəhər meri Aventura İncəsənət və Mədəniyyət Mərkəzinə bəxş etdikləri töhfələrə görə Pərvin Muradovaya, Key Lenqə, Vivian Liiyə və Töhfə Eminovaya xüsusi minnətdarlığını bildirib.

Qeyd edək ki, artıq bir neçə ildir ki, ABŞ-ın Florida ştatının Aventura şəhərində "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi keçirilir. Bu il müsabiqənin seçim mərhələsi baş tutsa da, COVİD-19 qlobal pandemiyası ilə əlaqədar aprelin 13-nə təyin olunmuş Qala konsert və təntənəli mükafatlandırma mərasimi ləğv edilib.

Sözügedən layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və tərəfdaşlığı, eləcə də bəstəkarın qızı, Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası (AAMA) yanında "Təhsil və mədəniyyət komitəsi"nin sədri Pərvin Muradovanın təşkilatçılığı, AAMA-nın prezidenti Töhfə Eminova, pianoçu Key Lenq və Çin pianoçusu, Nyu-York musiqi festivalının münsiflər heyətinin üzvü Vivian Liinin köməyi ilə həyata keçirilirdi.

Müsabiqənin məqsədi dünyanın hər yerindən istedadlı pianoçuların üzə çıxarılması və Azərbaycanın zəngin musiqi mədəniyyətinə diqqətin cəlb edilməsidir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR