Slimfit
  1. SİYASƏT

ABŞ-ın İran üzrə xüsusi elçisi Bakıda: sanksiya müzakirəsi...

ABŞ-ın İran üzrə xüsusi elçisi Bakıda: sanksiya müzakirəsi...
Sakura

ABŞ-ın İran üzrə xüsusi elçisi Bakıda: sanksiya müzakirəsi...

ABŞ-ın İran üzrə xüsusi elçisi Abram Peyli Azərbaycanda səfərdə olub.

Ens.az Report.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində diplomat Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, habelə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşüb.

“Bakıda Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və bank sektorunun nümayəndələri ilə İran, sanksiyaların tətbiqi və regionla bağlı səmərəli müzakirələr aparılıb”, – İran üzrə xüsusi elçi bildirib.

Abram Paley həmçinin İsrail səfiri Corc Diklə “İran rejiminin regionda sabitliyi pozan davranışlarını” müzakirə edib.

“İsrailin Azərbaycanla tarixi və mədəni əlaqələri haqqında eşitmək çox gözəldir”, – diplomat əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR