Slimfit
  1. İQTİSADİYYAT

'AFB Bank'ın mənfəəti kəskin artıb

'AFB Bank'ın mənfəəti kəskin artıb
Sakura

'AFB Bank'ın mənfəəti kəskin artıb

"AFB Bank" ASC bu ilin I rübünü 2,6 milyon manat mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23 dəfə çoxdur.

Yanvar-mart aylarında "AFB Bank"ın gəlirləri 9,6 milyon manat (illik müqayisədə 1,2% az), xərcləri 4,9 milyon manat (9,9% az), xüsusi ehtiyatlara ayırmaları isə 2,1 milyon manat (49% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "AFB Bank"ın aktivləri 577,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 54,6% çoxdur. Bunun 395,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,4 dəfə böyüyüb. 

Hesabat dövründə "AFB Bank"ın öhdəlikləri 73,1% artaraq 494,3 milyon manata, o cümlədən depozit portfeli 2,4 dəfə artaraq 381,4 milyon manata çatıb, balans kapitalı isə 5,5% azalaraq 83,2 milyon manata düşüb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,4 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR