Dərc edildi: Baxış sayı: 354
Ağırlıqqaldırma üzrə Azərbaycan millisi coşğu ilə qarşılanıb
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisinin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi olub.
“Report”un məlumatına görə, bir qədər əvvəl Vətənə dönən nümayəndə heyətini gənclər və idman nazirliyinin rəsmiləri, könüllülər, idmançıların yaxınları, azarkeşlər və media nümayəndələri coşğu ilə qarşılayıblar.
Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığı üçün ağırlıqqaldırma millimiz turnirdə iştirakdan imtina edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət