Slimfit
  1. DÜNYA

AHİM Saakaşvilinin şikayətini rədd etdi

AHİM Saakaşvilinin şikayətini rədd etdi
Sakura

AHİM Saakaşvilinin şikayətini rədd etdi

Avropa İnsan Haqları Məhkəməsi “Saakaşvili Ukraynaya qarşı” işi üzrə yekun qərarını bəyan edib.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, Strasburq məhkəməsinin bəyanatında Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin 2017-ci ildə Ukrayna vətəndaşlığından məhrum edilməsi ilə bağlı müraciətinin yekdilliklə rədd edildiyi bəyan edilib.

Qeyd olunub ki, 2015-ci ildə Ukrayna vətəndaşlığı qəbul etmiş Saakaşvili bu ölkənin siyasətində aktiv şəkildə iştirak edib. Saakaşvili 2017-ci ildə vətəndaşlıqdan məhrum edilməsi, həmçinin həbsi və Ukraynadan çıxarılması nəticəsində insan haqlarının pozulduğunu iddia edib. O, Avropa İnsan Haqları Konvensiyasının alçaldıcı və qeyri-insani rəftar, şəxsi həyatın toxunulmazlığı, sərbəst toplaşmaq azadlığı, bəraət hüququ və hüquqlarından istifadənin məhdudlaşdırılmasını ilə bağlı maddələrinə əsaslanaraq məhkəməyə müraciət edib.

Bəyanatda qeyd olunub ki, Saakaşvili bu şikayətlərindən altısı ilə bağlı Ukraynada milli səviyyədə mövcud olan leqal vasitələrdən istifadə etməyib, birinin isə aşkar surətdə heç bir əsası yoxdur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR