Slimfit
  1. PSİXOLOGİYA

Ailə münasibətlərinin inkişaf mərhələləri

Ailə münasibətlərinin inkişaf mərhələləri
Sakura

Ailə münasibətlərinin inkişaf mərhələləri

İdeallaşdırma

 

Bu fazanın müddəti 12-18 ay olur. Bu müddətdə insanda hər şey əla təsəvvür olunur: xarici görünüş, səs. Hətta xarakterə malik çatışmazlıqlar belə maraqlı hesab olunur. İnsan sanki sərxoş vəziyyətdə olur. Bu müddətdə hər hansı ciddi qərarlar vermək məsləhət görülmür, çünki bir müddət keçəndən sonra sizin qarşınızda öz çatışmazlıqları ilə olan real insan özünü biruzə verəcək.

Həddən artıq doyma

Bu insanlar birlikdə yaşayarkən yaranan ilk böhrandır və onlar hansı qaydalarla yaşayacaqları və bir-birindən nələr gözlədikləri barədə razılaşmalıdırlar; aydın ola bilər ki, insanlar birgə həyatı müxtəlif cür təsəvvür edirlər, onlar digər partnyorun çətin qəbul edəcəyi fərqli dəyərlərə malikdir.

Hiss və emosiyalar sakitləşir, siz partnyorunuzun mənfi və müsbət cəhətlərini ayıq başla qiymətləndirməyə başlayırsınız. Siz bir-birinizə öyrəşməyə başlayırsınız, özünüzü daha təbii və sərbəst aparırsınız.

Fərqlilik

Bu faza istənilən davam edən münasibət üçün qaçılmazdır. Fərqlilik fazasında mübahisələr başlayır, siz elə bil bir-birininizin çatışmazlıqları üzərində fikrinizi cəmləyirsiniz. Ən asan və eyni zamanda ən pis çıxış – boşanma və ya ayrılmaqdır. Burada pis nə ola bilər? Siz zamanla sınanılmış münasibətlərdən imtina edəcəksiniz və bundan əlavə olaraq başqa partnyorla münasibətə girərək hər şeyi birinci fazadan başlayacaqsınız.

Münasibətlərin bərpası

Partnyorlar arasında mübahisə və fikir ayrılıqları arabir olur, alkin onlar kəskin xarakter daşımır, çünki hər iki tərəf bilir ki, mübahisə bitəcək və münasibətlər yenidən bərpa olunacaq. Əgər partnyorlar səbri inkişaf üçün böyük səy göstərirlərsə onunla bərabər onlara müdriklik də gəlir. Bu həyatın qanunudur. Beləliklə bu mərhələdə partnyorlar müdriklik əldə edir.

Borc və ya hörmət. Bu həm də sevginin ilk mərhələsidir!

Əslində buna qədər sevgi olmur. Bu mərhələdə hər partnyor digərinin ona nə borclu olduğu barədə deyil, özünün sevdiyi insan üçün nə etməli olduğu barədə düşünür. Öz vəzifələrini anlamaq insanı inkişaf etdirir.

Dostluq

Siz bir-birinizə həqiqətən çox yaxın olursunuz. Siz ən yaxın dost kimi bir-birinizə etibar edirsiniz. Dostluq – sevgiyə olan ən ciddi hazırlıqdır.

Sevgi

Əsl sevgi – sadə deyil. Ona olan yol çox uzundur. Sevgiyə uzun və qısa müddətli bütün mümkün həyat situasiyalarından keçərək öyrənirlər. Əsl sevgi – oxuduğumuz kimi beyinə bir anda daxil olan hiss deyil. Yetkin sevgi üçün insan inkişaf edir, eqoizmdən və yanlış mühakimələrdən imtina edir.

İnsanlar özləri həyat yoldaşını seçir. Lakin ailə həyatında əsl sevgini yaşamaq üçün bir-birinizi çox yaxşı tanımalısınız, sonra dostlaşmaq, daha sonra isə sevə bilərsiniz. Çox cütlüklər sevgini ilk faza hesab edir. Lakin romantika azalan kimi ilk çətinliklər və münasibətlərin sınağı başlayır. Kimsə də sevginin keçdiyini hesab edir.

Sədaqət və səbr sevginin ən vacib keyfiyyətləridir. Əgər siz sevginin bitdiyi barədə qərar vermisinizsə əmin olun ki, o hələ başlamayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR