Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Alimlər ilk dəfə gövdə hüceyrələrindən heyvanı bütünlüklə cavanlaşdırdılar

Alimlər ilk dəfə gövdə hüceyrələrindən heyvanı bütünlüklə cavanlaşdırdılar
Sakura

Alimlər ilk dəfə gövdə hüceyrələrindən heyvanı bütünlüklə cavanlaşdırdılar

Alimlər ilk dəfə canlı orqanizmin hüceyrə prosesini geriyə getməsi üçün hüceyrəvi yenidən proqramlaşdırma metodunu tətbiq etdilər. Test üçün vaxtından əvvəl qocalma forması müşahidə olunan xüsusi laboratoriya siçanlarından istifadə olundu. Hüceyrəvi yenidən proqramlaşdırma metodu laboratoriya siçanlarında həyat müddətinin 30 faiz yüksəlməsi nəticəsini göstərdi.

Metodun özü induksion plüripotent gövdə hüceyrələrindən (İPGH) istifadəni nəzərdə tutur, bunlar da alimlərə dəri hüceyrələrini baza – faktiki olaraq embrional (gövdə) vəziyyətə qədər yenidən proqramlaşdırmağa imkan verir. Bundan sonra İPGH-ı orqanizmin digər hüceyrələrinin artımı üçün “proqramlaşdırıla” bilər. Yeni araşdırmalar çərçivəsində alimlər göstərdilər ki, hüceyrələrin yenidən proqramlaşdırılması nəinki çıxarılmış hüceyrələrin istifadəsi hallarında, həm də onun canlı orqanizmlərdə real istifadəsində də effektiv işləyir.

“Əvvəlki araşdırmalar çərçivəsində alimlər hüceyrələri onların ilk vəziyyətinə qədər tamamilə yenidən proqramlaşdırmışdılar. Lakin biz ilk dəfə göstərdik ki, bu prosesi nəzərə çarpacaq dərəcədə sürətləndirmək olar və bununla yanaşı yaş əlamətləri prosesinin geriyə getməsi şəraitində belə hüceyrəvi eyniliyi saxlamaq mümkündür”, - Solk Bioloji Araşdırmalar İnstitutundan (ABŞ) Pradip Reddi deyib.

İPGH istifadəsi metodu 2006-cı ildə yapon alimi Sinya Yamanaka tərəfindən hazırlanıb, o zaman alim differensiallaşdırılmış hüceyrələrin (qocalığın son formasını alan hüceyrələr) “Yamanaki faktoru” adlandırılan dörd genin induksiyası sayəsində gövdə hüceyrələrinin daha əvvəlki vəziyyətinə qayıda bilməsini aşkarlamışdı. Öz işinə görə yapon alimi Nobel mükafatı almışdı.

Hüceyrələrin gövdə vəziyyətinə qədər yenidən proqramlaşdırılması ümumi mənada orqanizmin cavanlaşması kimi səslənsə də metodun mənfi effektləri də var. 2013 və 2014-cü illərdə aparılan araşdırmalar göstərdi ki, canlı heyvanlarda İPGH induksiyası pis nəticələr verə bilər. Yaşlı hüceyrələrdə müəyyənləşdirmə itdikdə xərçəngin formalaşması və daxili orqanların işinin pozulması riski hiss olunacaq dərəcədə artır.

“Əlbəttə bunun öz səbəbi var. Plüripotent hüceyrələr çıxarılır və onların qocalma saatları geriyə çəkilir. Əvvələ - gövdə hüceyrələri vəziyyətinə qayıtma əslində ola bilsin heç də bizə lazım olan deyil. Buna görə də məntiqlə belə sual yaranır: geriyə qayıtmaq nə dərəcədə lazımdır?”, - Kembric Universitetindən epigenetik Volf Rayek deyib, halbuki o müzakirə etdiyimiz araşdırmada iştirak etməyib.

Bu da Solkdan olan alimləri yenidən proqramlaşdırma metodundan qismən istifadə olunması fikrinə gətirdi. 4 həftə çəkən Yamanaki faktoru ilə hazırlama prosesi əvəzinə onlar 2-4 günlə məhdudlaşdılar. Alimlər hesab etdilər ki, dəri hüceyrələrinin belə sürətli prosesi onları gövdə hüceyrələrinin ilkin vəziyyətinə qaytarmayaq, bununla yanaşı öz eyniliyini saxlaması nəticəsində onların cavanlaşması prosesi baş verəcək. Hər şeydən əvvəl onların daxili strukturu: həyat dövründə yığılan epigenetik DNT markerləri təmizlənəcək. Bu markerlər hüceyrələrə cari şəraitə uyğunlaşmaq və dəyişikliyə adekvar reaksiya verilməsinə şərait yaradır.

Bəzi hipotezlərə əsasən belə markerlərin həddən artıq cəmləşməsi bir çox qocalma proseslərini sürətləndirir. Bu kitabdakı mənbə mətnini oxumağa mane olan əlyazma qeydləri kimidir.

“Həyatın sonuna yaxın orqanizmdə belə çoxlu marker cəmləşir ki, bu da hüceyrələr tərəfindən oxunmasına çətinlik yaradır”. – bu araşdırmada iştirak edən alimlərdən biri olan İzpisua Belmont deyib.

Öz hipotezlərini yoxlamaq üçün alimlər nadir irsi genetik xəstəlik olan progeriya – vaxtından əvvəl qocalma xəstəliyindən əziyyət çəkən laboratoriya siçanları ilə təcrübə aparmaq qərarına gəldilər. Təcrübənin nəticəsində aydın oldu ki, hüceyrələri qismən yenidən proqramlaşdırılmış siçanlar orta hesabla 24 həftə yaşayırlar, bununla yanaşı eyni irsi xəstəlikdən əziyyət çəkən və “müalicə” olunmayan siçanlar isə cəmi 18 həftə yaşayırlar.

“Hazırda onların digərlərinə nisbətən daha artıq yaşamalarının səbəbini tam əminliklə söyləmək çətindir”, - araşdırma qrupunun daha bir üzvü – Paloma Martinez-Redondo söyləyib.

“Ancaq biz bilirik ki, bu faktorların emalı epigenomda dəyişiklikləri induksiya edir, bu da tonusun həm hüceyrə, həm də orqanizmin ümumi səviyyəsində artmasına gətirib çıxarır”.

Həyat dövrünün artırılmasına əlavə olaraq “müalicə” rejimində olan siçanlarda ürək-damar sistemi və digər orqanlarının funksional vəziyyətində də ümumi yaxşılaşma müşahidə olunub. Metodun progeriyası olmayan sağlam siçanlarda tətbiqi zamanı həmçinin orqanların işinin yaxşılaşması müşahidə olunub, lakin hələlik metodun onların daha artıq yaşamasına təsir göstərib-göstərməməyi məlum deyil, çünki siçanlar hələ də sağdır.

Perspektivli nəticələrə baxmayaraq bu istiqamətdə real müvəffəqiyyət indi bilinməyə başlayıb, buna görə də metodun insanlar üzərində tətbiqi barədə danışmaq hələ də tezdir. Buna baxmayaraq siçanlar üzərində aparılan uğurlu təcrübə alimlərə ümid verir ki, nə vaxtsa Yamanaki faktorlarının selektiv emalı metodu insanlar üzərində də tətbiq olunacaq.

“Əlbəttə ki, siçanlar – insan deyil. Biz də çox yaxşı başa düşürük ki, insana aid olan halda cavanlaşma prosesi çox çətin ola bilər. Lakin bizim araşdırmalarımız göstərir ki, qocalma – nəinki dimanik, həm də çətin prosesdir və gələcəkdə ona təsir edəcək daha artıq terapevtik imkanlar yarana bilər”, - Belmont şərh edir.

Hazırda alimlərdən ibarət qrup öz diqqətini Yamanaki faktorunu təqid edən molekulun yaradılmasına yönləndirməyi planlaşdırırlar. Onların bazasında alimlər müəyyən toxuma və orqanların cavanlaşdırılması imkanlarını yoxlamağı planlaşdırırlar.

Belə cavanlaşma metodları sabah mümkün olmaya bilər, lakin bu gün müzakirə etdiyimiz real uğurla araşdırma nəticələri ümid verir ki, bunun gələcəkdə baş verdiyi anı görə biləcəyik.

“İzah olunan reaksiyaların triggeri olan maddələr gələcəkdə kremlər və ya dəri, əzələ və ya sümükərə olan inyeksiya formasına təqdim oluna bilər. Əgər hər şey bizim istədiyimiz şəkildə olsa mümkündür ki, insanlar üzərində ilk sınaqlar 10 ildən sonra başlaya bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR