Slimfit
  1. DÜNYA

Almaniyada korrupsiyada təqsirli bilinən deputatların cəzası sərtləşdiriləcək

Almaniyada korrupsiyada təqsirli bilinən deputatların cəzası sərtləşdiriləcək
Sakura

Almaniyada korrupsiyada təqsirli bilinən deputatların cəzası sərtləşdiriləcək

Almaniya Bundestaqı korrupsiyada təqsirli bilinən deputatların cəzasının sərtləşdirilməsinə səs verib.

“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, müvafiq qərar hökumət koalisiyasına daxil olan partiyaların, eləcə də sağçı populist Almaniya üçün Alternativin (AfD) səsverməsi ilə qəbul edilib.

Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı fraksiyaları bəzi ifadələri çox qeyri-müəyyən hesab etdikləri üçün səsvermədə bitərəf qalıblar.

İndiyədək parlament üzvü yalnız o halda məsuliyyətə cəlb oluna bilərdi ki, o, parlament fəaliyyətinin əsas sferasına daxil olan hərəkətlərə, məsələn, Bundestaqda konkret çıxışa və ya səsverməyə görə pul və ya başqa imtiyazlar alıb. İndi Cinayət Məcəlləsinin yeni maddəsində deputatların öz mandatlarından istifadə edərək Bundestaqın divarlarından kənarda iş aparmasına görə cəza nəzərdə tutulur.

Xüsusilə vəzifəsindən və deputat mandatından istifadə edərək, məsələn, mükafat müqabilində nazirliklərə təsir göstərən deputatlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. İndi onları və müştərilərini üç ilə qədər həbs və ya cərimə gözləyir.

Yeni norma Landtaqların və Avropa Parlamentinin üzvlərinə, həmçinin beynəlxalq təşkilatların parlament assambleyalarının üzvlərinə şamil edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR