Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Altun Dəmirli Fərman oğlu

Altun Dəmirli Fərman oğlu
Sakura

Doğum tarixi : 1 sentyabr 1997 Vəfat tarixi: 2 aprel 2016 (18 yaşında)

Altun Fərman oğlu Dəmirli (d. 1 sentyabr 1997; Şəmkir, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. O, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub və ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Altun Dəmirli 1997-ci il 1 sentyabrda Şəmkir rayonunun Düyərli qəsəbəsində anadan olub.

Hərbi xidməti

Əsgər Altun Dəmirli, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-da isə Altun Dəmirli, doğulduğu Şəmkir rayonunun Düyərli qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Altun Dəmirli uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Altun Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR