Slimfit
  1. MEDİA

AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib

AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib
Sakura

AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Sentyabrın 24-də AMEA Rəyasət Heyətində “Turkish Aerospace” şirkətinin  nümayəndələri ilə görüş keçirilib. Məqsəd Azərbaycan Milli Elmlər Akademiyası və “Turkish Aerospace” şirkəti arasında texniki elmlər üzrə birgə fəaliyyətə dair müzakirələr aparmaq və əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.     

Görüşdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA və “Turkish Aerospace” şirkəti arasında texniki elmlər istiqamətində birgə tədqiqatların yerinə yetirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. Akademik bu sahədə kadr və təcrübə mübadiləsinin aparılmasının zəruriliyini qeyd edib.   

Sonra “Turkish Aerospace” şirkətinin Strateji və  texnologiya üzrə idarəetmə rəhbəri, professor Fahrettin Öztürk çıxış edərək bildirib ki, qeyd olunan istiqamətlərdə birgə əməkdaşlıq kompleks araşdırmaların aparılmasına, müxtəlif layihələrin həyata keçirilməsinə geniş imkanlar yaradacaq.

Daha sonra AMEA ilə “Turkish Aerospace” şirkəti arasında birgə fəaliyyətə dair sənədin imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb.   

Görüşdə həmçinin AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA-nın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, “Turkish Aerospace” şirkətinin Korporativ marketinq və kommunikasiya şöbəsinin müdiri Tamer Özmen, Korporativ marketinq və kommunikasiya şöbəsinin regional meneceri Mehmet Gökan Keskin iştirak ediblər.

 

 

AMEA Rəyasət  Heyətinin aparatı

İctimaiyyətlə əlaqələr və

elmin populyarlaşdırılması idarəsi

İctimaiyyətlə əlaqələr şöbəsi

 

                                                                                                                                                      Əlaqə:

(012) 497 53 81

pr@science.az

pr.amea.rh@gmail.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR