Slimfit
  1. MEDİA

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiclə görüşüb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiclə görüşüb.
Sakura

Akademiyanın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli AMEA-nın tarixi və elmi-tədqiqat istiqamətləri barədə məlumat verib. Ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıran AMEA rəhbəri elmi əlaqələrin də genişləndirilməsinin  vacibliyinə toxunub. Azərbaycanla Xorvatiya Elmlər akademiyaları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli elm sahəsində münasibətlərin hər iki ölkənin elmi qurumlarına faydalı olacağına əminliyini ifadə edib.

Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebic iki ölkə arasındakı iqtisadi və mədəni əməkdaşlığın yüksək xətlə inkişaf etdiyini vurğulayaraq elm sahəsində də əlaqələrin inkişafında maraqlı olduqlarına bildirib. Ölkələrimizin elmi qurumları arasında əlaqələrin genişləndirilməsinin təmsil etdiyi ölkənin prioritet istiqamətlərindən biri olduğunu nəzərə çatdırıb.

Tərəflər cari ildə Azərbaycan və Xorvatiya Elmlər akademiyaları arasında əməkdaşlıq haqqında niyyət protokolunun imzalanması barədə razılığa gəliblər.

AMEA Rəyasət Heyəti aparatının

Media və informasiya şöbəsi

Tel.: (+994 12) 492 84 13, 070 277 22 78

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR