Slimfit
  1. DÜNYA

Amerika Kino Akademiyası yeni standartlar qəbul edib

Amerika Kino Akademiyası yeni standartlar qəbul edib
Sakura

Amerika Kino Akademiyası yeni standartlar qəbul edib

Amerika Kino Akademiyası Oskarın "Ən yaxşı film" nominasiyasına iddialı olan ekran əsərlərinin müəllifləri üçün yeni standartlar qəbul edib.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni qaydalar irqi, etnik, seksual azlıqlar və qadınlara qarşı olan zorakılıqlarla mübarizəyə yönləndirilib.

Məlumatda qeyd olunub ki, qəbul edilən standartlar tamaşaçılar arasındakı fərqləri əks etdirmək üçün ekranda və ondan kənarda olan insanların ədalətli müxtəlifliyini təmin etmək üçün hazırlanıb.

Bildirilib ki, əgər hansısa bir ekran əsəri ilin "ən yaxşı filmi" adını almaq istəyirsə, akademiyanın irəli sürdüyü 4 meyardan ən azı ikisinə cavab verməlidir.

Amerika Kino Akademiyası, ilk növbədə, aktyor heyətinə diqqət yetirəcək. Baş və ya ikinci dərəcəli rolda oynayan aktyorlardan ən azı bir nəfər irqi və ya etnik azlıqda olanları təmsil etməlidir. Əgər buna nail olmaq mümkün deyilsə, o zaman film truppasının 30 faizini irqi, etnik, seksual azlıqların nümayəndələri və sağlamlıq imkanı məhdud olan qadınlar təşkil etməlidir.

Qəbul edilən qaydalarda filmin yaradıcı və texniki heyəti üçün də analoji tələblər irəli sürülüb. Buraya rejissorlar, ssenaristlər, bəstəkar, qrim və geyim ustaları, redaktorlar, prodüserlər və s. daxildir.

Qeyd edək ki, 93-cü Oskar mükafatlandırılması mərasimi 2021-ci ilin fevralında keçiriləcək. Tədbiri canlı olaraq ABC telekanalı yayımlayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR