Slimfit
  1. CƏMİYYƏT

Ananın övladı ilə bağlı yaydığı iddialara - Rəsmi açıqlama

Ananın övladı ilə bağlı yaydığı iddialara - Rəsmi açıqlama
Sakura

Ananın övladı ilə bağlı yaydığı iddialara - Rəsmi açıqlama

Sosial şəbəkələrdə Lənkəran şəhərində yetkinlik yaşına çatmayan şəxsin narkotik vasitə aludəçisi olmasını əks etdirən iddialar yayılıb. Belə ki, ana görüntülərdə övladının narkotik istifadəçisi olması ilə bağlı fikirlər səsləndirib.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, iddialara cavab olaraq DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin narkotik istifadəçisi olması ilə bağlı ananın səsləndirdiyi iddialar əsassızdır, tibbi ekspertiza rəyi ilə təsdiqlənməyib.

2011-ci il təvəllüdlü şəxs 11 aprel 2024-cü il tarixində videoblogerin iştirakı ilə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında müayinədən keçirilib. Müayinə zamanı onda hər hansı narkotik vasitə və ya psixotrop maddənin sərxoşluğu müəyyən edilməyib.

İddia Lənkəran Şəhər Rayon Polis Şöbəsində tam və hərtərəfli araşdırılıb. Müəyyən edilib ki, vətəndaşın bəlli şəxs tərəfindən övladına narkotik verilməsi ilə bağlı iddiaları qərəzlidir, şəxsi mülahizələrdir, belə hal baş verməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR