Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Antiloplar kanyonu – möcüzəvi formalar

Antiloplar kanyonu – möcüzəvi formalar
Sakura

Yüzilliklərlə su və külək möhtəşəm kanyonun yaranmasında iştirak ediblər.

Bir neçə ildən bir leysan yağışlar zamanl adətən bir ilə quruyan kanyonlar su ilə dolur. Məhz yavas axan və özü ilə qumu yuyub aparan yağış suyu uzun illər boyu qayalar arasında belə gözəl relyefi formalaşdırıb. Kanyon öz adını antilopun dərisini xatırladan rənginə görə alıb.

Kanyon Arizonanın şimalında (ABŞ-ın cənub-qərbi) Peyc (Page) şəhəri və Böyük Kolorado Kanyonundan 240km məsafədə olan böyük kömür elektrik stansiyası arasında yerləşir. O Navaho qəbiləsinin torpaqlarında yerləşdir və bu qəbiləyə məxsusdur. Buraya getmək üçün hindi ərazilərinə keçid vergisini ödəmək və bələdçi tutmaq lazımdır.

Ən yaxşı ziyarət vaxtı yaz və payız fəslidir: mart-aprel və oktyabr-noyabr. Bu vaxt günəş şüaları kanyonun dərinliklərinə qədər düşür və o qaranlıq saraya işıq düşmüş kimi görünür. Qışda kanyonlarda işıqlanma zəifdir – daxildə çox tutqundur: dərin kölgələr və düz relyef.

Antiloplar kanyonu dünyanın hər yerindən fotoqrafları özünə cəlb edir, çünki bir maraqlı xüsusiyyətə malikdir – fotoşəkillərdə o reallıqdan daha rəngarəng və sirli görünür, bəzi rənglər və tonlar ancaq şəkildə əks olunur. Foto çəkiliş üçün ən yaxşı vaxt günün ortası, yəni günəşin zenitdə olan vaxtıdır.

İki Antiloplar kanyonu var – yuxarı və aşağı (Upper Antelope Canyon, Lower Antelope Canyon).

Yerli Navaho qəbiləsinin “suyun süxurlardan süzülən yeri” adlandırdığı Yuxarı Antiloplar Kanyonunu turistlər daha çox ziyarət edir. Səbəb isə odur ki, kanyonun bu hissəsinin girişi və bütün boyu yer səviyyəsindədir və dırmanmağa ehtiyac yoxdur, bundan başqa burada kanyonun yuxarı dəliklərindən düşən şüaları daha asan görmək olur.

Yuxarı Antiloplar Kanyonu çox gözəldir. Qışda rənglər daha solğundur. Yay aylarında fotoşəkillərin çəkilməsi üçün lazım olan iki növ işıqlanma var. Tünd qırmızı, mavi və bənövşəyi rəngləri günün ortasında almaq olar. Günəş şüaları kanyona 15 martda düşməyə başlayır və 7 oktyabra qədər itir. Daha çox işıqlanma müddəti maydan sentyabra qədər davam edir.

 Yerli Navaho qəbiləsinin “spiral qaya tağları” adlandırdığı Aşağı Antiloplar Kanyonu Yuxarı Antiloplar Kanyonundan bir neçə km aralıda yerləşdir. Kanyonu ziyarət etmək üçün metallik pilləkənlərin quraşdırılmasına qədər çox təhlükəli ip pilləkənləri ilə qalxıb düşməli olurdular. Bundan başqa yayda burada zəhərli ilan və hörümçəklərə rast gəlmək olar. Lakin ən əsas təhlükə - yağış mövsümündə qəfil daşqınlardır. Lakin bütün bunlar fotoqraflara şəkil çəkməyə mane olmur.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR