Slimfit
  1. TEXNOLOGİYA

Apple-dan itirilmiş əşyalarla bağlı yenilik – Otağı skan edərək əşyanın tam olaraq harada yerləşdiyini görmək mümkün olacaq

Apple-dan itirilmiş əşyalarla bağlı yenilik – Otağı skan edərək əşyanın tam olaraq harada yerləşdiyini görmək mümkün olacaq
Sakura

Apple-dan itirilmiş əşyalarla bağlı yenilik – Otağı skan edərək əşyanın tam olaraq harada yerləşdiyini…

Bu ay təqdim ediləcək iOS 13 əməliyyat sisteminin kodlaşdırılmasında daha bir yeni Apple məhsulu - cüzdana və ya məsələn, bir çantaya asıla bilən xüsusi сihazlar haqqında məlumat yayılıb. Bu cihazlar hansısa əşya itəndə sahibinə əşyasının harada olduğunu göstərəcəklər.

TED.az xəbər verir ki, yeni cihaz amerikalı Tile şirkətinin məhsullarına bənzər şəkildə işləyəcək, istifadəçilərin itirilmiş əmlaklarını Bluetooth vasitəsilə tapmalarına kömək edəcək.

Apple-ın yeniliklərinə “B389” kod adı verilib və iOS 13-də mövcud olan Find My iPhone və Find My Friends tətbiqlərini özündə birləşdirəcək Find My tətbiqinə sahib olacaqlar.

Hansısa əşya itəndə əşyanın sahibi proqrama daxil olaraq xüsusi düyməni sıxacaq və sonra cihaz xəbərdarlıq siqnalı verəcək. Əşyanın itməsi rejimini də aktiv edə bilərsiniz. Digər bir iPhone sahibi itirilmiş bir əşyanı taparsa, əşya sahibi haqqında məlumat  alacaq və onunla əlaqə qura biləcək.

Məlumata əsasən, yeni cihazlar genişlənmiş reallıq texnologiyası ilə təchiz olunacaq: otağı skan edərək əşyanın tam olaraq harada yerləşdiyini görmək mümkün olacaq.

Bundan əlavə, Apple cihazının çıxarıla bilən batareyalarla işləyəcəyi ilə bağlı məlumat var. Batareyanın enerjisi tükənməzdən əvvəl, iPhone-un sahibi əşyasının ən son harada olduğu barəsində məlumat alacaq.

Qeyd edək ki, bu yenilik iOS 13-ün beta versiyasında hələ ki mövcud deyil. Cihaz korporasiyanın digər yenilikləri ilə birlikdə Apple-ın illik təqdimatında (bu dəfə sentyabrın 10-da) nümayiş ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR