Slimfit
  1. COĞRAFİYA

Aprel savaşında əsgərləri məhv edilən cani azad edilir

Aprel savaşında əsgərləri məhv edilən cani azad edilir
Sakura

Aprel savaşında əsgərləri məhv edilən cani azad edilir

Ermənistanda həbs edilən Qarabağ müharibəsinin canilərindən biri, “Yerkrapah” (Yurdun keşikçiləri) könüllü döyüşçülər birliyinin sədri, sabiq müdafiə nazirinin müavini, general Manvel Qriqoryan girov müqabilində həbsdən azad olunacaq.

Musavat.com xəbər verir ki, onun vəkili Levon Baqdasaryan Apellyasiya Məhkəməsinin həbs-qətimkan tədbirinin 25 milyon erməni dramı müqabilində azad edilməsinə qərar verdiyini bildirib. Vəkilin sözlərinə görə, onlar hazırda bu məbləği toplamaqla məşğuldur.

Son altı ay ərzində müdafiəçiləri dəfələrlə məhkəməyə müraciət edib və onlar M.Qriqoryanın xəstəliyini əsas gətirərək generalın azad olunmasını xahiş etmişdilər. Qarabağ canisi külli miqdarda silah və döyüş sursatının qanunsuz saxlanılmasında ittiham olunur.

Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərindən sonra M.Qriqoryanın başçılıq etdiyi cinayətkarlardan ibarət təşkilat silahlanaraq Qarabağa yollanmışdı. Onların bir hissəsi Azərbaycan Ordusunun hədəfinə tuş gəlmiş və məhv edilmişdi.

Qriqoryan Serj Sərkisyana yaxın hərbçilərdən sayılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR