Slimfit
  1. AZƏRBAYCAN

AQTA mənşəyi məlum olmayan 2,5 ton əti məhv edib

AQTA mənşəyi məlum olmayan 2,5 ton əti məhv edib
Sakura

AQTA mənşəyi məlum olmayan 2,5 ton əti məhv edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) noyabrın 20-də mənşəyi məlum olmayan, insan orqanizmi üçün zərərli, istehlaka yararsız 2.5 ton heyvan cəmdəyini məhv edib.

Bu barədə "Report"a Agentlikdən məlumat verilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantılar Poliqonunda keçirilən malların məhvolma prosesində bir sıra media nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, bir müddət öncə AQTA və müvafiq qurumların əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən satış məntəqələrində mənşəyi məlum olmayan kəskin qoxulu 2.5 ton heyvan cəmdəyi aşkar etmişdi. Məhsuldan götürülən nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlak üçün yararsız olduğu müəyyənləşmişdi. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR