Slimfit
  1. BİOQRAFİYA

Arzu Nağıyev

Arzu Nağıyev
Sakura

Arzu Nəsib oğlu Nağıyev‎ - Trend İnformasiya Agentliyində Baş direktorun korporativ inkişaf üzrə müavini,…

Arzu Nağıyev (azərb. Arzu Nəsib oğlu Nağıyev‎) - Trend İnformasiya Agentliyində Baş direktorun korporativ inkişaf üzrə müavini, Qarabağ müharibəsi veteranı.

 

Həyatı

Arzu Nağıyev 1963-cü ilin 27 iyul tarixində Tovuz rayonunda həkim ailəsində anadan olub. 1980-ci ildə Tovuz rayonunda orta məktəbi qızıl medalla, 1985-ci ildə Moskva İdarəetmə İnstitutunu, 1991-ci ildə isə SSRİ DTK-nın Tbilisi Ali Kurslarını fərqlənmə diplomu ilə bitirib. 1985-1989-cu illərdə tikinti trestində və komsomol təşkilаtındа işləyib.

1989-2011-ci illərdə DTK-МTN orqanlarında əməliyyat müvəkkilindən nazirliyin şöbə rəisinədək həqiqi hərbi xidmətdə olub, Qarabağ müharibəsi veteranıdır. Arzu Nağıyev dünyanın bir sıra ölkələrində korrupsiyaya, terrorizmə, insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə həsr olunmuş konfranslarda, seminarlarda Azərbaycan Respublikasını təmsil edib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalaq SCADCARİCCInternational Intellegence AcademyVirginia Tech-TISD-OSCEUNODC Open analist proqramlarının iştirakçısı və eksperti olub. 

Hаl-hazırda Trend İnformasiya Agentliyində Baş direktorun müavini vəzifəsində çalışır. Regional geosiyasət üzrə ekspert icmalçı kimi fəaliyyət göstərir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, üç bədii kitab, bir neçə fundamental araşdırma və çoxsaylı ekspert rəylərinin müəllifidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR