Haqverdiyev Alı Mirzə oğlu - XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən biri
Aşıq Alı 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində dünyaya gəlib. 16-17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içində məşhurlaşıb. Çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şerinin tanınmış nümayəndələrindən biri Aşıq Ələsgərdir. Rəvayətə görə müəllim-tələbə günlərin bir günü bir məclisdə deyişmişlər və aşıq Alı Ələsgərə məğlub olmuşdur. Bir başqa rəvayətə görə aşıq Alı sazını tələbəsinə hədiyyə etmək üçün qəsdən Ələsgərə yenilmiş, Ələsgər isə sazı götürməyib "Bir şəyird ki ustadına kəm baxar, Onun gözlərinə ağ damar, damar" demişdir. Aşıq Alı Azərbaycan aşıq şeri tarixində Aşıq Ələsgərin ustadı kimi tanınsa da, onun özü də çox azman ruhlu, coşqun təbli sənət fədaisi imiş. Ustadı Aşıq Allahverdi (Ağ Aşıq) də onu bütün şagirdlərindən daha artıq, öz oğlu kimi sevirmiş.
Aşıq Alı Türkiyə (Şərqi Anadolu) səfəri zamanı Yığval (İqbal) və Zəki kimi tanınmış saz-söz sənətkarları ilə deyişərək, onları bağlayıbmış. Qayıdarkən səfər yoldaşı, ustad Aşıq Duraxandan ayrılan Aşıq Alı Qorçu Əsədlə Quldar Baydar adlı kəndə gəlir və orada Əsmər xanımla deyişib, onu da bağlayır. Əsmər xanım Alıya "böyük nəmər" (pul və hədiyyə) verərək onunla evlənməyi təklif edir. Lakin Aşıq Alı ilqarından dönmür.
Aşıq Alının Türkiyə səfəri, bu səfər zamanı oradakı aşıqlarla deyişməsi "Aşıq Alının Türkiyə səfəri", Əsmər xanımla münasibətləri isə "Aşıq Alı və Əsmər" adlı xalq hekayələrində öz əksini tapıb.
Aşıq Alının bütün şeirləri külliyyat halında hələ də çap olunmayıb, ancaq ayrı-ayrı şeirləri işıq üzü görüb.
Alı gəraylı, qoşma, təcnis, divani, müxəmməs kimi şeir növlərində şeirlər yazmışdır. O, 1911-ci ildə elə anadan olduğu kənddə dünyasını dəyişmişdir.
Aşıq Alı-210
28 fevral 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev sarayında Aşıq Alının anadan olmasının 210 illiyinə həsr olunmuş "Mahalım Göyçədir, Əslim Qızılvəng" adlı yubiley konserti keçirilmişdir.
Əsərləri
- Aşıq Alı. Şerlər. Bakı: "Azərnəşr", 1975, (Toplayanı: Hüseyn Hüseynzadə).
- Aşıq Alı. Şerlər. Bakı: "Yazıçı", 1982, (Toplayanı: Əli Əbülhəsənoğlu Milli).
- Aşıq Alı. Təcnislər. Bakı: "Azərnəşr", 1995, (Toplayanı: Əli Əbülhəsənoğlu Milli).
- Aşıq Alı. Əsərləri. Bakı: "Avrasiya Press", 2006, 192 səh. (Tərtib edəni:Hüseyn İsmayılov).
- Aşıq Alı. Əsərləri. Bakı: "OL" MMC, 2013, 348 səh. (Tərtib edəni: Qabil Zimistanoğlu).
Qoşmaları
- Ağlama
- Ağlaram
- Ağrı dağı
- Alar
- Amandı
- Ay ağa haray
- Ay üzə-üzə
- Bax
- Bənzərsən
- Bəsdi (Cana gəldim bu hicrandan, hicrətdən)
- Bəsdi (Nabina eynimə nəzər eyləyib)
- Bəsdi (Sən şəms, mən kənarında sitarə)
- Bəsdi yar
- Bilin siz
- Bilinməz
- Bilməz
- Birisin
- Bizə göndər
- Bu gün
- Can candan ayrı
- Çatarmı
- Çalım
- Çəkibdi
- Çürüdü
- Dağlar
- Dal-dala
- Dedi
- Deyərsən
- Deyinən
- Deyir
- Deyirəm
- Dərindi
- Dəyməmiş
- Dolana bilməz
- Dolandı
- Dolandırır (Ay ağalar, gəlin sizə söyləyim)
- Dolandırır (Hər yetən hərcayı deyir aşığam)
- Dönübdü
- Dünya
- Düşər
- Düşərsən
- Düşdü
- Düşmüşəm
- Düzələ bilməz
- Eyləmə
- Eylər-eylər
- Əlif-əlifə
- Əllər
- Əzbər-əzbəri
- Gedək
- Gedirəm
- Gedirəm (Hər kim dərs alacaq, gəlsin dərs alsın)
- Getdi
- Getdi (Ötübdü zimistan, gəlib novbahar)
- Gələcəkdi
- Gətirmə
- Gətirmişəm
- Gərək
- Gərək (Aşiqam deyibən girən meydana)
- Gərək (Budur gözəllərdə əzəl nişanə)
- Görmədim
- Görmüşəm
- Gözdə gözü sən
- Gözəldi
- Gözəldir
- Gözəllər (Olam pasibanı seyrangahların)
- Gözəllər (Səhər çağı çıxdın mənim qarşıma)
- Gözümüz
- Gülə-gülə
- Hayıfsan
- İçəcək
- İncimərəm
- İnciməsin
- İstərəm
- İstər könül
- İtibdi
- Keçdi
- Keçibdi
- Kəsildi
- Kor Aşıq Alı
- Könül
- Qabaqda
- Qaldı
- Qalmadı
- Qızların
- Qocalmışam
- Qurbandı
- Mədinə
- Mənəm
- Mənim
- Narın üz
- Neçə dili var
- Neynər
- Nə qaldı (Talayıb mahalın mal-dövlətini)
- Nə qaldı (Gəşt elədim, bu dünyanı dolandım)
- Nədən oldu
- Ola bilməz
- Oldu (Ağ Aşığa)
- Oldu
- Oldu getdi
- Olgunan
- Olmadı
- Olmaz
- Salsal qalası
- Sarıköynək
- Sevdiyim
- Sənin
- Soruşma
- Söz oldu
- Tapar
- Tək-tək
- Tərk elə
- Var
- Vermərəm səni
- Vətənimdə
- Yadıma düşdü
- Yaxşıdı
- Yandı
- Yaratdı
- Yavaş-yavaş
- Yavaş-yavaş (Məhəbbət əhliyəm çeşmi-xumara)
- Yaylaq
- Yazdım
- Yetişdi
- Yetişdim
- Zamanıdı
- Zeynalın
Dodaqdəyməz qoşmalar
Gəraylıları
- Adıdı
- Birisin
- Dağlar qoynunda-qoynunda
- Dilbər
- Dövran
- Düşübdü
- Ellərdi
- Eyləsin
- Etibarınandı
- Gözlərəm səni
- Qazanar
- Qoynunda-qoynunda
- Musa bəy
- Oldu
- Olmur
- Ölürəm
- Sənə
- Təbriz gözəli
- Uzaq yollara-yollara
- Yalan oldu
- Yalvara-yalvara
Təcnislər
- Ağ damar-damar
- Almasın
- Ay üzə-üzə
- Aya qalmasın
- Ayağı belə
- Ayə məndədi
- Başa-baş
- Dal-dala
- Damı da yansın
- De bir üz-bir üz
Dodaqdəyməz təcnislər
Dodaqdəyməz cığalı təcnislər
Divaniləri
- Altıdı
- Bax
- Beşdi
- Birdi-bir
- Bizdədi
- Bu gün
- Danış
- Dilimiz
- Dörddür-dörd
- Gəl
- Gələcək
- Gözlə, gözlə sən
- İkidi
- İşin nədi
- Qırmızı
- Mərd
- Nədi
- Sənəm
- Üçədir
- Var
- Verir
- Yalvarıram
- Yeddidi
- Yüküm
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət