Slimfit
  1. TARİX

"Aşıq Qərib" dastanının ən qədim nüsxəsi

"Aşıq Qərib" dastanının ən qədim nüsxəsi
Sakura

"Aşıq Qərib" dastanı

"Aşıq Qərib" dastanının ən qədim nüsxəs "Aşıq Qərib" ("Aşıq Qərib və Şahsənəm xanım" adı ilə) 1838-1839-cu ildə nəstəliq xətti ilə köçürülüb.Paris Milli kitabxanasında olan bu nüsxənin 65 səhifəlik əlyazmanın nəzm hissəsi əsasən qoşmalardan ibarətdir.

Aşıq Qərib (XVI əsr – XVII əsr) — aşıq, şairdir.
“Aşıq Qərib” dastanının Azərbaycan versiyası ilk dəfə rus şairi Mixail Yuryeviç Lermontov tərəfindən 1837-ci ildə Qafqazda olarkən Tiflis yaxınlığında hərbi hissədə olarkən yazmışdır. Əsər Lermontovun ölümündən sonra, 1846-cı ildə "Dünən və bu gün" (rus. "Вчера и сегодня") ədəbi almanaxında dərc olunmuşdur.
İlk dəfə M.Mahmudbəyov İsmayıllının Tircan kəndində Aşıq Orucdan toplayaraq (SMOMPK, Tiflis, XIII bur., 1892) dastanı çap etdirmişdir. “Yujnı Kafkaz” qəzetində (1911, №26-30), “Azərbaycan poeziyası antologiyasında (1939) nəşr edilmişdir. Gəncədə ayrıca kitab halında buraxılmışdır (1912).
H.Cabbarzadə “Aşıq Qərib” (1913) romanı yazmışdır.
Zülfüqar Hacıbəyov tərəfindən 1915-ci ildə yazılmış “Aşıq Qərib” muğam operası (bəzi mənbələrdə həmçinin 1916-cı ildə yazıldığı göstərilir) ilk dəfə Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının truppası tərəfindən Bakıda 13 may 1916-ci ildə tamaşaya qoyulmuşdur. 1916-cı ildə “Aşıq Qərib” operası dörd dəfə səhnəyə qoyulmuşdu.
“Böyük sovet ensiklopediyası”nın 1970-ci il nəşrində “Aşıq Qərib” anonim romantik Azərbaycan dastanı kimi göstərilir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR