Slimfit
  1. COĞRAFİYA

Aşqabadda Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrinin görüşü keçirilir

Aşqabadda Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrinin görüşü keçirilir
Sakura

Aşqabadda Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrinin görüşü keçirilir

Türkmənistan Xarici İşlər Nazirliyində Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrinin 4-cü iclası keçirilir İclasda Xəzər dənizində bioloji resursların qanunsuz hasilatına (brakonyerliyə) qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol layihəsi müzakirə edilir.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək tədbir Türkmənistanın Xarici İşlər Nazirliyi, Sənaye və Kommunikasiyalar Nazirliyi və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələlərinə dair dövlət müəssisəsi tərəfindən təşkil edilib.

İclasda 5 Xəzəryanı dövlətin – Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistanı təmsil edən ekspertlər iştirak edirlər.

Görüşdə protokol layihəsinin mətni, o cümlədən sənədin preambulu, protokolun həyata keçirilməsinə görə cavabdeh olan səlahiyyətli orqanların müəyyən edilməsi, əməkdaşlığın mexanizmi, formaları və çərçivəsi müzakirə edilir.

İclasda Azərbaycanı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qərargah rəisinin müavini Rasim Əliyev və Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin attaşesi Kamran Seyfullayev təmsil edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR