Slimfit
  1. MEDİA

ATU-da Məzun Günü qeyd edilib

ATU-da Məzun Günü qeyd edilib
Sakura

ATU-da Məzun Günü qeyd edilib

ATU-da Məzun Günü qeyd edilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Məzun Günü keçirilib. Universitetin Yüngül sənaye mühəndisliyi və logistika, Qida mühəndisliyi, Avtomatika, telekommunikasiya və informatika, İqtisadiyyat və idarəetmə fakültəsinin bakalavr, eləcədə magistr məzunları Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası sədaları altında təntənəli şəkildə meydana toplandıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Giriş sözü ilə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos.Yaşar Ömərov çıxış edib. Y.Ömərov bu günün ATU ailəsi üçün əlamətdar bir gün olduğunu və məzunların məhz Heydər Əliyev ilinin məzunları olmasından xüsusi qürur hissi keçirdiklərini qeyd edib. O məzunların bundan sonra da layiqli vətəndaş olacaqlarına, gələcək həyatda, təhsil sahəsində yeni-yeni uğurlara imza atacaqlarına əminlik ifadə edib.

Gəncə  şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri  akademik Fuad Əliyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin şöbə müdiri İbrahim Qədirov və valideynlər çıxış edərək məzunları təbrik edib, həyatlarının bundan sonrakı mərhələsində uğur və müvəffəqiyyətlər arzulayıblar. 

Tədbir ən yüksək göstəriciləri olan, universitetin ictimai həyatında və idman sahəsində fərqlənən tələbələrin təltif olunması ilə davam edib. Ən yüksək nəticələrlə məzun olanların şəkilləri və məlumatları monitorda əks olunub. Tədbirin fəxri qonaqları olan qazi məzunlar hədiyyələrlə təltif edilib. 

ATU ilə əməkdaşlığı olan “AzGranata” şirə və şərab emalı zavodu, Kapital Bankın Gəncə filialı, Gəncə Destinasiya Menecmenti Təşkilatı, “Tech Space” kimi müəssisə və təşkilatlar tərəfindən bir qrup məzunlara hədiyyələr verilib. 

Məzun günü Xalq artisti, bəstəkar Sərxan Sərxanın ifasında coşqulu konsert proqramı ilə davam edib. Bundan başqa DJ Xaliq Bağırov, “Gəncə band” nəfəsli alətlər qrupu, Gəncə Dövlət Filarmoniyasının solistləri, Xəmsə rəqs ansamblı, eləcə də bir qisim məzunlar tədbir iştirakçıları qarşısında maraqlı musiqi nömrələri ilə çıxış edib. 

Sonda məzunlar Vətənə, xalqa, dövlətə sadiq qalacaqlarına, bundan sonrakı həyatlarında böyük həvəslə çalışaraq layiqli mütəxəssis olacaqlarına and içərək məzun papaqlarını səmaya atıblar. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR