Slimfit
  1. DÜNYA

Avropanın ən uzunömürlülər ölkəsi hansıdır?

Avropanın ən uzunömürlülər ölkəsi hansıdır?
Sakura

Avropanın ən uzunömürlülər ölkəsi hansıdır?

İtaliya Avropanın ən uzunömürlülər ölkəsidir. Son 10 il ərzində öz yüzillik yubileyini qeyd edən italyanların sayı 11 mindən 14 min nəfərə çatıb. Ölkənin 1112 sakininin yaşı 105-i keçib.

Axar.az xəbər verir ki, bu göstəricilər İtaliyanın “Istat” Milli Statistika İnstitutunun dərc etdiyi “Cent'anni e non sentirli” hesabatından götürülüb.

2019-cu il yanvarın 1-nə olan vəziyyətə görə, İtaliyada yaşı 100-ü keçən 14.456 insan yaşayır. Onların 84 faizini qadınlar təşkil edir.

2009-2019-cu illər arası dövrdə yaşı 110-a çatan və yuxarı olan 125 nəfərin 93 faizi qadınlardır.

İtaliya Avropa məkanında Fransa ilə yanaşı, yaşı 100-dən yuxarı uzunömürlülərin sayına görə rekord vurub.

Uzunömürlülərin əksəriyyəti Şimali İtaliyada yaşayır. Həmin tarixdə uzunömürlülərin daimi əhalinin ümumi sayına nisbətinin ən yüksək olduğu region Liquriyadır (hər 100 min nəfərə 3,3). Sonrakı yerləri Friuli-Venesiya-Culiya (hər 100 min nəfərə 3,0) və Molize (hər 100 min nəfərə 2,6) tutur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR